Menu

Ərdoğandan mitinqlərlə bağlı sərt qanun

12.10.2014, 15:52
Ərdoğandan mitinqlərlə bağlı sərt qanun

Türkiyə hökuməti etirazçılara qarşı sərt cəzalar tətbiq etmək haqqında qanun qəbul edib. Axar.az xəbər verir ki, son hadisələrlə əlaqədar artan şiddət qarşısında hökumət yeni təhlükəsizlik paketi hazırlayır.

İlk növbədə polisin səlahiyyətləri artırılıb. Yeni qanunda ictimai əmlaka ziyan vuran, polisə müqavimət göstərən, üzü bağlı şəkildə münaqişə yaradanların ikiqat cəzası nəzərdə tutulub.

Ondan əlavə, hakim və prokurorun tələbi olmadan polis etirazçıları nəzarətə götürmək hüququna malik olacaq. Qanunda “Molotov kokteyli”dən istifadə edəcək etirazçılara qarşı sərtləşdirici tədbirlər də nəzərdə tutulub. Bu yanğın yaradan maddəni polisə atan aksiyaçıya 5 il həbs cəzası, təşkilat şəklində nümayişlərdə “Molotov” istifadə edənləri isə daha ağır cəzalar gözləyir.

- See more at: http://axar.az/news/31794#sthash.WUJRlsBS.dpuf

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol