Fransa Parlamenti hökuməti "Dağlıq Qarabağın" tanınmasına çağıran qərar qəbul edib. APA “armeniasputnik”ə istinadən xəbər verir ki, 188 deputat qərarın lehinə, 3-ü isə əleyhinə səs verib.
Qərarda mülki əhalinin təhlükəsizliyinə zəmanət verən həllə nail olmağın, sülhün bərqərar olmasının, eləcə də "DQR"-ın tanınmasının vacibliyi vurğulanıb.
Fransız millət vəkilləri sözügedən qərarda, həmçinin, hökumətə digər Avropa tərəfdaşları ilə birgə ən qısa müddətdə humanitar yardım göstərməyə, eləcə də Türkiyənin Avropa Birliyinə üzv olması prosesini davam etdirmə məsələsinə yenidən baxmağa çağırış ediblər.
Qərar layihəsinin müzakirəsi zamanı Fransa Xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Ermənistan onlardan "DQR"-ı tanımağı istəmir: “Qərar Fransa hökuməti üçün tövsiyə xarakterlidir”.
Nazir "DQR"-ın tanınmasını danışıqlar prosesi üçün faydalı hesab etmədiyini söyləyib.
Xatırladaq ki, Fransa Senatı noyabrın 25-də hökuməti "DQR"-ı tanımağa çağıran qərar qəbul etmişdi. 305 deputat qərarın lehinə, 1 deputat isə əleyhinə səs vermişdi.


Şərhlər
Qərbi Azərbaycan Mühacir Respublikasına start vermək lazımdır.
Orada səfir var,yekələrin "nə uşağı" ,başına ,yəqin, onun işi ancaq sacına kraska qoydurmaqdan ibarətdir.
İndiki fransızlar "dqr"-in müstəqilliyini tanıdılar siz də Korsikanın İtaliyaya aidiyyatı barədə müzakirələrə parlamentdə başlayın!
Fransanin sirketlerini ve fransa mallarindan imtina etmek lazimdir!!!Fransa ile elaqemiz temiz kesilmelidir,Allah lehnet elesin onlara,onlarinda koku ermeni mexluklari kimi serefsizdirler!!!!
Bizim partlament nəyi gözlıəyir?Fransanın ATƏT üzvlüyündən çıxarılması haqqında qərar nə vaxt qəbul olacaq?Nə vaxta kimi biz içimizdəki ermənilərin əlində girinc qalacağıq?