Ermənistan müxalifəti və ziyalıları dekabrın 5-də saat 15:00-da Yerevandakı “Azadlıq” meydanında ümumxalq mitinqi keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb.
"Mitinqin gedişatında baş nazir vəzifəsinə vahid namizəd Vazgen Manukyan (Manukyanın namizədliyi-red) təqdim ediləcək. Bundan başqa, NP-nin (Nikol Paşinyan – red) torpaqlarla bağlı xəyanət faktları açıqlanacaq", - o sosial şəbəkədəki hesabında yazıb.
Daha əvvəl bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.


Şərhlər
Görünən o ki, bu "ağılla" bu hayların sonu gələcək. Ayaə, ay murdarlar Paşinyan kimin və hansı torpaqları verib. Unutmayın ki, bu qaşınmanın sonu İravanı da itirməyinizlə nəticələnəcək. Çünki siz namərdsiniz. Sizə 29 may 1918-ci ildə iravan daxil 9 min kv km. torpaq veriləndə, öhdəlik götürmüşdünüz ki, day Azərbaycanəmn qalan ərazilərinə iddiada bulunmayacayıq. İndi bizim imzamız olmadan əraziləriniz olub 29 min kv. km. Bunun heabı sizden sorulmayacağınınımımı sanırdınız.. Murdar itlər. Hələ bir gəlib Qarabağı da murdarladınız. Yetmədi də çıxanda hər yeri də oda qaladınız. Niyə çünki sizim dedyildi də ondan. Amma 1988-ci ildə biz “ermənistandan” çıxarılanda bir dənə də olsun evi odlara qalamadıq. Çünki, o torpaqla da o evlər də bizim idi. Anam çıxanda hətta bütün evləri silib, süpürüb çıxdı.