TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI - "Saxtakarlıq maskasını tamam ifşa etmişdim"

"Qardaş dövlət Türkiyə ilə aramızda olan dostluq və qardaşlıq əlaqələrinə paxıllıqla yanaşan vətən xainlərinin sayı getdikcə artır. Bunlardan birinin hazırda Milli Məclisin deputatı olması isə işin ən dəhşətli məqamıdır". 

"AzPolitika.info"nun məlumatına görə, bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov özünün "Facebook" səhifəsindən deputat Rasim Musabəyovla bağlı paylaşdığı yazıda bildirib. 

Son parlament seçkilərində Rasim Musabəyovun rəqibi olan Ceyhun Yusifov onun mandatının da saxta olduğunu bəyan edib:  "Babası Qəzənfər Musabəyovun da mart soyqırımı vaxtı Bakının hərbi komendantı olduğunu xatırlasaq, əslində, hazırki müsahibəyə də təəccüblənmərik. Deputat seçkiləri vaxtı mənim haqqımı tapdalayan, səslərimi oğurlayıb mənə min cür təzyiqlər etdirən adamdan elə bu hərəkəti gözləmək olardı. Seçkilər vaxtı bu şəxsin yalançılığını və saxtakarlıq maskasını tamam ifşa etmişdim. Seçkidə isə açıq nakaut vəziyyətinə saldım. Amma təəssüf ki, sonu hamıya məlumdur.

İndi sualım Rasim Musabəyova yox, ona himayədarlıq edib, haqqımı alıb ona verənlərədir. Gördünüzmü mənim haqqımı kimə verdiniz? 

Dövlətçiliyin, millətçiliyin və ən əsası türkçülüyün mənim üçün Quran ayəsi qədər müqəddəs olduğunu bilə-bilə mənim haqqımı alıb Rasimə verdiniz. Yəqin bu hamımıza əbədi bir dərs olar.

Tanrı Türkü qorusun, Tanrı millətimi qorusun, Tanrı Prezidentimi qorusun!".

Xatıladaq ki, Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib. Hətta ermənilərin qayğısına qalaraq, onların bundan narahat ola biəcəyini də ifadə edib. 

635x100

Şərhlər

musa kinq 2020-12-06 17:34:07

Rasim Musabeyov ele deməlidir də ona görə ki o simasını tez-tez dəyşənlədəndir .bu artıq sübut olunb. keçmiş musavatçı özüdə bolşevik Musabeyov nəslindən.Allah miiəti belə dönüklərdən qorusun.

Vetendash 2020-12-06 14:18:35

Musabeyovu heps etmek lazimdi

Elif 2020-12-05 21:41:37

Musabəyovun milliyəti araşdırılmalıdır......

Vətəndaş 2020-12-05 19:02:15

Təyin olunan deputatın xidməti əlbəttə belə olmalıdır......? Parlament buraxılmalı, dövlətimizi ə xalqımızı qəlbən sevən dəyərli ziyalılarımız seçicilərin səs çoxluğu ilə deputat seçilməlidir.

Aborigen 2020-12-05 05:36:58

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!.

Vətəndaş 2020-12-05 00:08:31

O ya ....da ki milli hissiyatı ölmüş birisidir. Deyiblər belə demək lazımdır,heç kim deməyib o deyib

Vetendash 2020-12-04 22:36:35

Senin baban da..

Yasar. 2020-12-04 21:19:26

Muzeffer Ali Bas Komandanimizin cixislarini oxusun bu deputat.Tanri turku qorusun.

Kələntər 2020-12-04 21:13:35

Bu cür xain deputatı "seçiciləri " niyə geri çağırmır ?

Huseyn HUSEYNOV 2020-12-04 19:13:01

Rasim Musabeyov Dovlet ve xalq ucun yararsiz bir deputatdir Buna gore de secildiyi daireden geri cagrilmalidir

RT 2020-12-04 18:55:13

Allah seni zelil elesin !!!! Bu qeder shehid vermishik , ay vicdansiz !!!!

gaziku 2020-12-04 17:45:15

tı predal svoyu rodinu ...., bud tı proklyat!

RR 2020-12-04 17:44:41

Ermənidən də qorxulu düşmənlər. Dünyanın milətsevər deputatlarından öyrənsinlər öz xalqını necə savunurlar

RT 2020-12-04 17:23:14

Spiker hara baxir ? Deputatlar hara baxir ? Axi bu insan , Prezidentimizin dediklerini , xalqin dediklerini inkar edir ,,,,,Yene dûzelmirik ???

Cavan 2020-12-04 16:55:26

Belə xainlərin çoxunun maskası yırtılacaq.Onları Rusiya himayə edərək deputat edib.Bu xainlər də satqınlıqlarını biruzə verirlər......Xalqımız satqınları tanımalı və unutmamalı,adlarını yadda saxlamalıdır.Bu satqınların da qəzənfər musabəyov,həmid sultanov,çingiz ildırım kimi yadda qalacaq Allahın köməyi ilə.....

ejder 2020-12-04 16:52:03

onun kimiler çoxdu....,,vetenperver,,orden medalli

Rufat 2020-12-04 16:06:34

Belələri millət vəkili olmamalıdır.

Teymur 2020-12-04 16:05:57

Çox təəssüflər olsun ki, millət vəkili olan bir şəxs bu cür müsahibələr verir. Bu fikirlər həm Cənab Prezidentimizin, həm də xalqımızın mövqeyinin əleyhinədir. Rasim müəllim heç olmasa Prezidentin çıxışlarını da oxusun vaxtı olanda.

Vuqar 2020-12-04 15:52:33

MUSABEYOV-OZ-ALEMINDE-GUYA-BELE-DEMEKLE-IKITEREFLI-MUNASIBETLERE-TOHVE-VERMEK-ISTEYIB-AMMA-YADINDAN-CIXARIBKI-RUS-UCUN-DOST-YOXDUR-RUS-UCUN-MARAQ-VAR!DOSTU-DAR-GUNDE-TANIDIQ!RUS-OZ-SEXSI-AMBISIYALARINDAN-YANA-BU-VARIANTA-QOL-QOYDU-TURK-ISE-QARDASLIQ-ETDI!

İ.Mustafaoğlu 2020-12-04 15:34:23

Parlament belə deputatlardan təmizlənməlidir.....

Son yazılar