ABŞ və Türkiyənin Suriyada ümumi baxışlari var

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya üzrə xüsusi nümayndəsi bəyan edib ki, Türkiyə və Birləşmiş Ştatlar Suriya Ərəb Respublkasına yönəlik ümumi baxışları bölüşürlər. Onillik boyu davam edən bu münaqişənin dayandırılmasında ümumi maraqları var. 

O, qeyd edib ki, NATO üzrə iki müttəfiq «bəzi fikir ayrılıqlarına baxmayaraq, sıx əməkdaşlıq ediblər».

«Bizlər - prosesdə iştirak edənlər həmişə hiss etmişik ki, Türkiyədən olan həmkarlarımızla aramızda sıx əməkdaşlıq və kordinasiya var. Mən hesab edirəm ki, biz, bunu sadəcə, inkişaf etdirməliyik. Bizim əməkdaşlıq üçün çoxlu birgə sahələrimiz var, eyni maraqlarımız var. Hesab edirəm ki, biz, bunu inkişaf etdirə bilərik» - deyə, xüsusi nümayəndə Coel Reybern «Hurriyet Daily News» nəşrinə müsahibəsində bildirib.

Reybern Ankaraya səfər edib və Türkiyənin yüksək çinli rəsmi şəxsləri ilə görüşlər keçirib. O cümlədən, prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə baş müşaviri İbrahim Kalınla görüşüb.

Türkiyə və ABŞ atıq çoxdan Suriya münanişəsi boyunca əməkdaşlıq edirlər. Amma kürdlərin «Xalq özünümüdafiə dəstələri»nə ABŞ-ın dəstək verməsi müttəfiqlər arasına nifat salıb. Belə ki, Ankara kürd dəstələrini terror təkilatı hesab edir.

«Mən, sizə deməliyəm: aramızda fikir ayrlığı olub, əməkdaşlığımızda yüksəliş və enmələr olub. Amma ümumilikdə, hətta pis dönəmlərdə belə, hiss edirik ki, Türkiyəli həmkarlarımızla sıx əməkdaşlığımız olub. Ona görə ki, biz - müttəfiqik və dünyaya Suriyadan nələrin lazım olduğuna yönəlik ümumi baxışları bölüşürük» - Amerikalı diplomat bildirib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar