Pandemiya səbəbilə kasıbların sayı 1 milyardı ötəcək – BMT

Pandemiya səbəbilə dünyada kasıbların sayı 1 milyarda çata bilər. Belə proqnozu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (İP) verib.

«Covid-19 pandemiyasının uzunmüddətli nəticələri daha 207 milyon insanı pandemiyanın doğurduğu kasıblığın cari trayektoriyasına itələyə bilər. Bunun nəticəsində 2030-cu ilə dünyada onların ümumi sayı 1 milyard nəfəri adlaya bilər» - xəbərdə deyilir.

Ancaq sosial müdafiə, rəqəmsallaşdırma və yaşıl iqtisadiyyat proqramlarının inkişafına ciddi səylər göstərilərsə, o zaman pandemiyanın neqativ nəticələrini ləğv etmək mümkün olar. Bu barədə Denever Univesiteti nəzdindəki «Pardee» beynəlxalq gələcək Mərkəzinin və BMT İnkişaf Proqramının apardığı tədqiqatlarda söhbət açılır.

«Kasıblıq üzrə bu yeni araşdırmalarda qeyd edilir ki, Covid-19 pandemiyası dönüş məqamıdır və indi liderlərin etdikləri seçim dünyanı ən müxtəlif istiqamətlərə yönəldə bilər. Bizim imkanıız var, onilliklər boyu o istiqamətlərə investisiya yatıraq ki, nəinki insanlara pandemiyadan özlərinə gəlməyə kömək edər, həm də bəşəriyyətin inkişafını daha ədalətli, dayanıqlı və yaşıl gələcəyə doğru dəyişə bilər» - BMT İP-nın rəhbəri Axim Şmayner bildirib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar