Tərəflər arasında davam edən gərgin müzakirələrdən 4 dörd ay sonra Belçikanın yeni koalisiya hökumətinin andiçmə mərasimi baş tutdu.
Şənbə günü Belçika Kralı Filip ölkədə davam edən uzun prosesin ardından Belçikanın yeni dördpartiyalı koalisiya hökumətini elan etdi. Bu haqda “Deutsche Welle” yazır.
Mərkəz-sağ hökumətin tərkibinə Flaman Liberal Partiyası, holland dilli Xristian Demokrat Partiyası və milliyyətçi N-VA partiyaları və fransız dilli Liberal partiyası daxildir.
Keçmiş baş nazir Elio Di Ruponun 1 il 6ay ərzində yaratdığı hökumətlə müqayisədə yeni hökumət 4,5 aya yaradıldı. Yorucu danışıqlar və gərgin müzakirələrin baş tutmasının başlıca səbəbi ölkədə 3 əsas və güclü etnik tərkibin mövcudluğudur.
Qeyd edək ki, 38 yaşlı yeni baş nazir Şarl Mişelin təyinatı N-VA lideri Bart de Veverin imtinası hesabına baş tutdu.
Yeni hökumətdə yeni təyinatlar olsa da, xarici işlər naziri Didye Reynders yenə də öz postunda qalacaq. Xristian Demokratların nümayəndəsi Kris Piters isə iqtisadi inkişaf və əmək fəaliyyəti üzrə nazir təyin ediləcək.
Son iyirmi beş ildən sonra ilk dəfədir ki, Sosialist Partiyası müxalif mövqe seçib.
Hökumət təqaüd yaşlarında da dəyişiklik edəcək. Belə ki, bu yaş 2030-cu ilə kimi 65-dən 67-ə qaldırılacaq. 2018-ci il büdcəsinin təsdiqinə kimi isə bir sıra iqtisadi islahatların həyata keçirilməsi planlaşdırılır. /eunews.az


Şərhlər