Menu

Abşeronun sabiq ica başcısı dünyasını dəyişib - FOTO

05.12.2020, 13:04
Abşeronun sabiq ica başcısı dünyasını dəyişib - FOTO

Ötən ayın 14-də 1997-2000-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Adil Nağıyev 84 yaşında dünyasını dəyişib. Bu barədə "AzPolitika.info"ya mərhumun yaxınları məlumat verib.

Adil Nağıyev Abşeron rayonunda YAP-ın yaradıcılarından biri olub. Həyatı boyu Ümummilli Lider Heydər Əliyevin siyasətinə sədaqəti ilə tanınıb.   

Xatırladaq ki, Adil Nağıyev torpaqlarımızin işğaldan azad olunması uğrunda başlanan vətən müharibəsinin ilk günlərdə yaşadığı Bakı şəhər Sabuncu rayon Hərbi Komissarlığına müraciət edib, 84 yaşının olmasına baxmayaraq müharibəyə getmək istədiyini bildirmişdi. 

Yaşının çoxluğunu əsas gətirib ona yox cavabı veriləndə isə demişdi ki, erməni dilini təmiz bilirəm, qoyun heç olmasa ordumuza bu bilgimlə kömək edim. Belə vətənpərvərliyi ilə Adil müəllim gənclərimizə bir nümunə idi.

Allah rəhmət eləsin!

Şərhlər

VAQİF Şadlinski 2022-09-03 18:06:45

Allah rəhmət eyləsn qəbri nurla dolsun. elin mərd kişisi idi.

Laura 2020-12-06 11:40:47

Allah rəhmət eləsin məkanı cənnət olsun əzizlərinə səbr versin

Vedibasarlilar 2020-12-05 15:24:56

Allah rehmet etsin! Fexrimiz idi!

Sərdar oğlu 2020-12-05 14:40:59

Allah Rəhmət Etsin ATA!!! Sənin Həyat Yolunla Fəxr Edirəm ATA!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol