Menu

İndiyədək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 9 minə yaxın ev verilib

05.12.2020, 14:16
İndiyədək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 9 minə yaxın ev verilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi Zəfərin qürur və fərəhini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlərlə təminatı tədbirləri də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nazirlik tərəfindən daha 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.

Salyanda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak ediblər.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ərazilərimizi erməni faşizminin əsarətindən azad edən Ali Baş Komandanımızla, rəşadətli Silahlı Qüvvələrimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Bildiriblər ki, 44 günlük Vətən Müharibəsinin hər günündə xalqımız cəbhədən yalnız qələbə müjdələri aldı. Ordumuz daim irəliləyərək düşməni doğma torpaqlarımızdan qovdu. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.

Həmişə dövlət tərəfindən onların təminatı sahəsində aparılan işlərdən razılıq edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğıya, bu gün isə yeni evlərlə təmin olunduqlarına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı işləri ildən-ilə genişlənir. 2020-ci ildə onlara rekord sayda - azı 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1 000-i verilib.

Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.

Şərhlər

.EJDER NAQILBAZ 2020-12-05 19:20:12

bow bow daniwirsiz,her wey pulladir,salim muslumov keyf eleyir

Dövlətimizi sevən 2020-12-05 19:13:15

Cənab Nazir, Şəki rayonunun Baş Göynük kəndində anadan olan, Şəhidlik zirvəsinə yüksələn Hacıyusifov Əhməd Teymur oğlunun yaşadığı mənzil XXI əsrin tələblərinə caab vermir. Olduqca ev şəraiti pis vəziyyətdədir, hündürlüyü 3 metr olan daxmada yaşayırlar. Xahiş edirik, nümayəndənizi göndərin yerində baxsın və ev tikilməsi üçün qərar qəbul edilsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol