Menu

"Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir" - Müdafiə Nazirliyi

05.12.2020, 15:36
"Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir" - Müdafiə Nazirliyi

Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol