Menu

Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ

12.10.2014, 16:10
Rusiya-Ukrayna danışıqlarında yeni mərhələ

Daxili qaz siyasətinin stabilləşməsi məqsədi ilə Ukrayna, Rusiya və Aİ liderləri oktyabrın 21-də Berlində yenidən bir araya gələcəklər. Bu barədə “NaturalGasEurope” yazır.

“Naftoqaz” və Ukrayna Rusiya və Aİ ilə keçiriləcək danışıqların növbəti mərhələsində iştirak etmək istəklərini bildiriblər. Lakin Ukrayna şirkəti Rusiya ilə razılığı ancaq “Qazprom” şirkətinin də imzası olarsa, tanıyacağını qeyd edib.

“Naftoqaz”ın rəsmi internet səhifəsində “Şirkətimiz Rusiyanın “Qazprom”un müvafiq razılığa məsul olmayacağına dair verilən son açıqlamasına çox təəccübləndi. Hər bir hüquqi müqavilənin tanınması üçün bütün tərəflərin imzalarının müqavilədə olması zəruridir. Belə ki, müqavilələr siyasi yox, iqtisadi motivlər əsasında imzalanır”, - şirkətin açıqlaması dərc edilib.

Bütün narazılıqlara baxmayaraq, ümumilikdə vəziyyətə nəzər salınarsa, pozitiv ab-havanın mövcudluğu diqqəti çəkir. Belə ki, separatçılar və rəsmi Kiyev arasında münaqişənin həlli üçün neytral zonanın yaradılması sazişi imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol