Menu

YARASADAN YENİ TƏHLÜKƏ! - Çinli virusoloq xəbərdarlıq edir

06.12.2020, 00:45
YARASADAN YENİ TƏHLÜKƏ! - Çinli virusoloq xəbərdarlıq edir

Ötürücü qismində yenə panqolin?

Uhan Virusologiya İnstitutunun doktoru Şi Çjenli bəşəriyyətə yeni epidemioloji təhlükə barədə xəbərdarlıq edib. O, narahatlıqları barədə «The Guardian» nəşrinə danışıb.

Ekspert hesab edir ki, Çinin cənub-qərbində yarasalar nəinki artıq məlum olan koronavirus infeksiyasının (Sars-CoV-2), həm də insana ötürülə bilən digər koronavrusların daşıyıcısı ola bilərlər.

Virusoloqun ehtimalına görə, bu viruslar güman ki, vəhşi təbiətdə yayılıb. O, hesab edir ki, virusun ötürülməsinin «aralıq halqası» yarasanın yoluxdurduğu panqolin (pullu kərtənkələ növü) ola bilər.


Həkimlər bu ehtimaldan belə nəticə çıxarırlar ki, virusun ilkin yayılma mənbəyini Çindən kənarda axtarmaq lazımdır. Nədən ki, panqolinləri Çinə Hindistandan və Cənubi Asiyanın digər ölkələrndən qaçaq yollarla gətirirlər.

Çjenli əlavə edib ki, hələ də infeksiynın heyvanlar və ya insanlar arasında hansı müddət ərzində (2019-cu ildə Uhanda aşkarlanana qədər) dövr etdiyi məlum deyil.

Sidney Universitetinin professoru Edvard Holme də bu fikirlə həmrəy olduğunu bildirib. O, Çjenli ilə razılaşır ki, koronavirus aralıq daşıyıcıda uzun müddət «yerləşə» bilər. 

Onun sözlərinə görə, virusun heyvandan insana ötürülməsi Uhandan, hətta Hubey əyalətindən kənarda baş verə bilərdi.

Ancaq bu nöqteyi-nəzəri heç də bütün mütəxəssislər bölüşmürlər. Məsələn, Qlazqo Univesrsitetinin professoru Devid Robertson əmindir ki, araşdırmaları məhz Çində aparmaq lazımdır. Onun sözlərinə görə, Sars-CoV-2 vrusunun insan üçün yoluxucu olan mutasiyasının böyük qismi onun yarasa bədənində olduğu dövrdə baş verib.

Beləliklə, infeksiyanın mənşəyi barədə ehtimallar son nəticədə yenə də panqolin üzərində kəsişir. Bu məqamda isə alimlərin cavab axtardıqları əvvəlki əsas suallardan biri təkrar aktuallaşır - virus panqolindən insana necə və hansı şəraitdə keçə bilər?

Bu istiqamətdə araşdırmalarıızın nəzəri nəticələrini yaxın günlərdə hörmətli oxucularla bölüşmək niyyətindəyik.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Xalq 2020-12-06 01:18:38

hər halda bu çinin işidir, çünki çində panqolin də yeyilir. Ora da hindistandan gətirilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol