Menu

Xankəndi aeroportu işə hazırlanır...

06.12.2020, 22:44
Xankəndi aeroportu işə hazırlanır...

Rusiya KİV-nin yazdığına görə, Rusiya və “Dağlıq Qarabağ respublikası” (mövcud olmayan «subyekt» - Red.) rəhbərliyi hava nəqliyyatı məsələsini müzakirə edirlər. Rusiyadan ilk təyyarə Xankəndi aeroportuna artıq bu ay ərzində enə bilər. Bu barədə dekabrın 4-də Qarabağdakı mənbəyə istinadla, «RİA Novosti» agentliyi xəbər verib.

«Hazırda hər iki tərəf - biz və Rusiya bunun baş tutması üçün bütün səyləri göstəririk» - agentliyin Qarabağdakı həmsöhbəti bildirib.

Bildirilir ki, hava limanı həm də sərnişin reyslərinə xidmət göstərəcək. Belə reyslərin Xankəndinə təkcə Moskvadan yox, həm də Rusiyanın bölgələrindən olacağı gözlənilir.

2012-ci ilin oktyabrında Xankəndi aeroportu rəsmi olaraq istismara buraxılıb, ancaq Azərbaycan hələ bundan bir il əvvəl Qarabağa uçan təyyarələri vuracağı ilə hədələmişdi. Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan bəyan etmişdi ki, Yerevan-Xankəndi reysinin ilk sərnişini olacaq. Buna baxmayaraq, marşrut o zaman işə salınmamışdı.

İndi Rusiya hakimiyyətinin Qarabağdakı separatçı rejimlə Azərbaycandankənar iş birliyinə qol qoyması ölkə əhalisinin haqlı narazılığına səbəb olmaya bilməz. Həm də rusların bu gedişi Moskvanın beynəlxalq erməni terroru ilə əlaqəli olduğunun əyani göstəricisi sayıla bilər...

AzPolitika.info

Şərhlər

Bakili 2020-12-07 15:27:43

Bes niye nota verilmir, bu ne demekdir?

Əhməd 2020-12-07 09:44:30

Bütün separatizmin başında Moskva durur. Onları öz adı ilə çağırmağın vaxtı çatıb.

Roma 2020-12-07 08:09:11

Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir, onunla düzgün və sərt danışıqlar aparılmalıdır...Moskva Azərbaycanın suveren hüquqlarına nəinki hörmətlə, heç hörmətsiz də yanaşmır...

RT 2020-12-07 07:19:47

Imkan vermemeliyik !!!!

Xalq 2020-12-07 00:01:30

Əgər rusiya Qarabağı müstəqil subyekt kimi tanıyırsa, onda başda Tatarıstan olmaqla bütün 20 Respublikasının müstəqilliyi tanınmalıdır. Bu birmənalıdır. moskva slishkom mnogo na sebya bered! rossiya otvetit na eto bezobrazie.

Omar 2020-12-06 23:30:09

Bu boyda igidleri buna göre şehid vetdik ki rus gelib başini soxsun Xankendine!

Qenri 2020-12-06 23:11:04

Zibil balalari Ruslar yigiblar hamini bogaza.Bir gūn başinda çatlayacaq eledikleri.Ermeniler ruslara arxalanir.Bir gūn rus gedende vabşe minilecekler!

t.ədalət 2020-12-06 22:58:44

Terrorun ocağı Həmişə Moskva olub.PKK-nı Rusiya yaratmadımı?O zamanlar Primakovun terrorçu hazırlamasında bizim Azərbaycandan olanlar da var idi.Hələ də cəzasız qalırlar.Kim bilir,bəlkə də indinin özündə həmin adamlar keçmiş vəzifələrini davam etdirirlər?Hər-halda üstü örtülü heç nə qalmır.Gec-tez hər şeyin üstü açılacaq.Azərbaycanın bu günkü dərdlərinin başında da həmin adamlar dayanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol