Menu

Tramp Baydenə "sürpriz" hazırlayır - Ağ evdə yeni prezidenti qarşılamayacaq və...

07.12.2020, 15:11
Tramp Baydenə "sürpriz" hazırlayır - Ağ evdə yeni prezidenti qarşılamayacaq və...

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp, demokrat Co Baydenin andiçmə mərasimi günü - 20 yanvarda Ağ Evdən Floridaya getməyi planlaşdırır.

"AzPolitika.info" xarici mətbuata istinadən xəbər verir ki, Tramp Baydeni nə Ağ Evdə qarşılayacaq, nə də andiçmə mərasimində iştirak edəcək. Əksinə, Floridada tərəfdarları qarşısındakı kütləvi mitinqdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini elan edəcək.

Tramp “keçmiş televiziya ulduzu” olaraq qəsdən sosial məsafənin normalarına hörmətlə yanaşaraq yeni prezidentin Vaşinqtonda andiçmə mərasiminin gedişində Floridada nəhəng bir izdihamın qarşısındakı çıxış edərək televiziya izləyicilərinin diqqətini çəkəcək bir vəziyyət yaratmağı planlaşdırır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol