Menu

"MUSABƏYOV BİR DAHA ANTİ-MİLLİ MÖVQEYİNİ NÜMAYİŞ ETDİRDİ..." - "Tam bəlli oldu ki, onun fəaliyyətində..."

07.12.2020, 15:27
"MUSABƏYOV BİR DAHA ANTİ-MİLLİ MÖVQEYİNİ NÜMAYİŞ ETDİRDİ..." -  "Tam bəlli oldu ki, onun fəaliyyətində..."

“Şanlı Türkiyə Ordusu göydə də, yerdə də, qəlbimizdə də bizimlədi”. Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bir neçə gün öncə Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya telekanalına hər birimizdə təəccüb və hiddət doğuran müsahibə verib: “Həmin açıqlamada o, faktiki olaraq daşıdığı düşüncələrini ifadə etdi. Bir neçə müddət öncə onun İctimai Televiziyada Naxçıvan dəhlizinin açılması ilə bağlı səsləndirilən fikirlərə də çox kəskin və qərəzli reaksiyanın da şahidi olduq. Bundan az sonra, Rasim Musabəyov növbəti xoşagəlməz fikirlərilə özünün anti-milli mövqeyini bir daha nümayiş etdirdi. Tam bəlli oldu ki, Rasim Musabəyovun fəaliyyətində milli maraqlar deyil, “beşinci kalon”nun missioner öhdəlikləri həlledicidir. Onun fikirlərinə sosial şəbəkələrdə haqlı olaraq iradlar səsləndirilir. Təbii ki, dəyərli soydaşlarımızın haqlı fikirlərini mən də bölüşür və onun Milli Məclisin deputatı mandatını daşımasından çox təəssüflənirəm”.

“Hansı bir məqsədlə deyilməsindən asılı olmayaraq, hər zaman, ən çətin anlarda bizimlə bərabər olan qardaş Türkiyəyə qarşı bu cür çıxış həqarətdi. Şanlı Türkiyə Ordusu göydə də, yerdə də, qəlbimizdə də bizimlədi. Bu, bir millətin, iki dövlətin prinsipial və qətiyyətli mövqeyidi” - deyə Fəzail Ağamalı fikrini tamamlayıb.

Şərhlər

Vaqif 2020-12-08 12:30:53

M.Rasim müxalifət idi.Onların sirlərini öyrənib iqtidara satıb oradan uzaqlaşdl və oldu deputat.O vaxt o müxalifəti datdığına görə YAP gərək onu qəbul etməyəydi və biləydi ki ....

Mamed 2020-12-08 12:10:24

Ay, mūxalifət partiyası sədri. Sen de bir mövqe qoy da ortaya. Nə qədər çeynənmiş mövzuları çeynəyəcəksən? Təzə bir fikir de də, professor bəy.

Shahin 2020-12-08 10:54:49

Esas mesele qalib bu Fezayil yene qoshovlugunda davam edir. Bundan sorushan gerek ne geder pensiya alirsan 10 shehid ailesine verilen pensiya Tagi Ehmedovun pensiyasindan azdir, goresen Fezail ve Tagi Ehmedovun bu dovlete ve millete xidmeti neden ibaretdir, milyonlari olub, indide moyuk biznes imperiyasina malik olan oliqarxlardan pensiyalari kesib shehidlerin ve yaralilarin ailelerinin madi veziyyetini ve ev sheraitinin yaxshilashdirilmasina verilmelidir.

Miklahey 2020-12-07 23:50:26

18 ay hərbi xidmət keçən vətəndaşımız,xidmətə başlayarkən hərbi and içir

ejder 2020-12-07 21:24:27

aye,,muxalifet,,sedri qisabeyevdan yaxwisan biyem,malades

Xalq 2020-12-07 18:00:24

Bircə onu bilirəm ki, Türkiyəmiz olmasaydı çoxdan bizim dövlətimizi çoxsaylı düşmənlərimiz məhv etmişdi. Nə yaxşı ki, bizim Türkiyəmiz var. Dar gündə dayaqdır Türkiyə.

Mahir 2020-12-07 17:19:09

Milli məclisin qəbirqazıyanı? Guya indiyə qədər bilinmirdi ki, Rasim Musabəyov rusa xidmət edir??

Akif m. 2020-12-07 17:18:56

Tahir Kərimlidən fərqli olaraq bu münasibətdə ciddi bir konkretlik var. Cəlil Məmmədquluzadəmiz olsaydı, bir "Bəlkə də qaytardılar" da yerinə düşərdi. Fəzail müəllimə doğru 1 addım atdım.

Rəşad Əkbər 2020-12-07 16:51:17

Təşəkkür Fəzail bəy,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol