Menu

Şuşaya alternativ mənbədən içməli su veriləcək

07.12.2020, 17:16
Şuşaya alternativ mənbədən içməli su veriləcək

Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri bərpa edilir.

Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq", - o qeyd edib.

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol