Menu

"Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil" - ADİF

08.12.2020, 12:12
"Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil" - ADİF

“Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi (artırılması) Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının gündəmində deyil”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında ADIF-in icraçı direktoru Tural Piriyev bildirib.

“Məsələn, hazırda Azərbaycan banklarında xarici valyuta ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 1-1,5% civarındadır. Fond isə illik 2,5%-ə qədər gəlirliliklə qəbul edilən əmanətləri sığortalayır. Banklarla əmanət faizləri artarsa, onda sığortalanma faizinə yenidən baxmaq olar”, - deyə o, qeyd edib.

Xatırladaq ki, manat əmanətlərinin sığortalanma faizi 12%-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol