Menu

ABŞ-da koronavirus peyvəndi bir neçə nəfərin ölümünə səbəb oldu

09.12.2020, 01:21
ABŞ-da koronavirus peyvəndi bir neçə nəfərin ölümünə səbəb oldu

Amerikanın əczaçılıq nəhəngi “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ərzaqların və Dərmanların Keyfiyyət məsələləri üzrə İdarəsinin hesabatında bildirilir.

Qeyd edilir ki, ölümcül nəticə peyvənd edilən, həm də plasebonu almış pasiyentlər qrupunda baş verib. Preparatı alanlar arasında iki insan ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib.

Sənəddən göründüyü kimi, peyvənd edilənlər qrupuna düşmüş pasiyentlərdən biri piylənmə və aterosklerozdan əziyyət çəkib. O, preparatların birinci dozasının alınmasından üç gün sonra ölüb. Digər könüllüdə isə ikinci dozanın tətbiqindən 60 gün sonra ürəkdayanması baş verib.

Şərhlər

Hekim 2020-12-09 08:54:28

Bele olan halda (tek amerikada deyil, diger olkelerdede olenler olub), ne dushubler ortaliga ki, hami peyvend olunmalidir? Mecburi hechne ola bilmez.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol