Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımızda hiss etməyimizə səbəb olur.
Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.
Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur".


Şərhlər
190 manatı da vermədilər.27 sot pay torpaqım var deyə.torpaqı yeyək deyəndə də cəzalanırsan
Bizi bu yolla (SMS,Komendan saatı,yenə SMS) yığıblar meşoğa. Bu yolla deyəsən bundan sonra bizi meşoxdan çıxmağa qoymayacaqlar. Axırda da meşoğa bir düyün vurub atacaqlar dənizə. ..
Sənin nə vecinə danışırsan. Qarnın tox,pulun var. Bəs kasıblar nə etsin. 190 manatı hər adam ala bilmir. Alsa da hətda kiçik ailəyə 190 manat bəs edirmir. Quru çörək pulunu ödəmir.