Menu

“Azərbaycan hərbçiləri Vardenisdəki restoranda nahar edir...” – Erməni deputat

09.12.2020, 11:34
“Azərbaycan hərbçiləri Vardenisdəki restoranda nahar edir...” – Erməni deputat

Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq.

Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili İveta Tonoyan Milli Məclisdə “Parlament saatı”nın gedişində deyib.

Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər.

"Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün, nədən ibarət olduğunu gördük", - deyə İ.Tonoyan vurğulayıb.

Şərhlər

t.ədalət 2020-12-09 19:44:37

İndi,erməni bunları zəhərləsə,nə edəcəklər?

Xalq 2020-12-09 14:07:18

ivetta! bu gündən sonra sən istəsən də belə olacaq, istəməsəndə!

Vətəndaş 2020-12-09 12:49:19

Mən inanmıram cəbhə yoldaşlarının qanını tokən bir millətin əlindən bizim hərbiçilər çörək alıb yesinlər

Cəmşid Dərələyəzli 2020-12-09 12:13:43

Nədən sevinmirsiniz ay gerizəkalılar. Nədir amacınız. Bəyəm Azərbaycanlılar vətənlərinə gəlməyəcək. Demək ki, hələ də dərs almamısınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol