Qubad İbadoğlu: “Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var...”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan edib. Qurum qadağanı həmin məhsullarda zərərvericilərin aşkarlanması ilə izah edərək bildirir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib.
Məlumatda deyilir ki, “Rosselxoznadzor” Avrasiya İqtisadi Birliyi üzvləri üçün karantin məhsullarını dəfələrlə aşkarlayıb. Oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.
“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – “Rosselxoznadzor” bəyan edib. Qadağanın müvəqqəti xarakter daşıdığı vurğulanır.
Azərbaycan Qida Təhlükəsiziliyi Agentliyindən “AzPolitika.info”-ya bildirilib ki, bu məsələ ətrafında araşdırma aparılır. Başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, Rusiya bazarına pomidor və almanın buraxılmaması Azərbaycana təzyiq vasitəsidir. Ekspert qeyd edib ki, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır.

Onun sözlərinə görə, bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:“Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib”.
Q. İbdaoğlu bildirib ki, hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.
“Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. Çünki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”- deyə ekspert vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir, onunla düzgün və sərt danışıqlar aparılmalıdır...Zəfər Paradından 1-cə gün qabaq qadağalar başladı, özündən başqa kimsənin Qələbəsini həzm etmir və tərəzinin gözünü erməniyə tərəf artırır...
Duz edirlərsə pamidorlara nə gedər made vurular xarab olmasın deyə guya marketlərdə alar gormursuski pamidorlara nə gündədir giymetide neçəyə hələ hamısı derman nə gündə niyə bunu demirsiz
AYE RUSUYA YA XIYAR LAZIMDI VERMEK,LAP COXDAN
Azərbaycanın “böyük iqtisadçısı” olmazmı elə iqtisadi məsələlərdən kənara çıxmayasınız? Burada heç olmasa rəsmi açıqlanan statistikanı oxumaqla özünüzə iqtisadçı imici yaradırsız. Siyasi məsələlərin təhlilində çox “xoruz” buraxırsınız, bu halda olduğu kimi. Razı deyilsizsə, “izah” edin bəs Ermənistan pomidorlarına Rusiya niyə qadağa qoyub? Bircə deməyin ki, Paşinyanı yıxmaq üçün
Turkun gucu budur.bir vaxtlar ramiz mehdiyevle eli hesenovla olkemize tezyiq eden rusiya indi ancaq pomidorla tezyiq edir.eliyev erdogan birliyi bize cox qelebeler getirecek
Azerbaycanin Rusiyaya ADEKVAT CAVABI : VAXT ITIRMEDEN, Lachin DEHLIZINI - KORIDORUNU Azerbaycan Ordusu TAM NEZARETE GOTURMELIDIR, chunki, bu Lachin DEHLIZI - KORIDORU MEXSUSDUR Azerbaycan Respublikasinin ERAZISINE ve Putinin DIKTE ETMEK SELAHIYYETI YOXDUR Azerbaycan XALQININ MILLI MARAQLARININ TAPDALANMASINA - POZULMASINA - AQIR ZERBE ALMASINA, QETIYYEN, Putinin OZBASHINALIQINA CIDDI, TECILI, CESARETLE, ADEKVAT CAVAB VERMELIDIR Azerbaycan hokumeti, EGER ISTEYIRSE, XALQIN hokumet ile BIRLIYINI .
Babuskalarin,baqazi quryacaq,onunlada vnuk ve vnuckasini,mitinqe cixaracaq.Uzunqulaq,cuy kendirini cixarib,qacdiqca,cuy bir yere deyende,on defede ozune deyir.Ozleri pis gune qalacaq!!!