Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, onlardan biri ehtiyatda olan baş çavuş Hüseynov İbad Mövsüm oğludur.
"Mənə Milli Qəhrəman adının verilməsi yüksək dəyərdir. Cənab Prezidentə məni dəyərləndirdiyi üçün təşəkkür edirəm".
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Qəhrəman adını alan keçmiş döyüşçü İbad Hüseynov bildirib.
İbad Hüseynovun sözlərinə görə, o hər zaman xalqının qəhrəmanı kimi tanınıb: "Cənab Prezident sağ olsun ki, məni qiymətləndirdi. Bu adı aldığım üçün çox sevinirəm. Çünki sevinməyə haqqım var. Mən hər zaman əsgər olmuşam. Bu gün də cənab Prezidentin əsgəriyəm".
Keçmiş döyüşçü Milli Qəhrəman adını alacağını hər zaman gözlədiyini də etiraf edib: "Bu adı alacağım günü həmişə gözləmişəm"


Şərhlər