Menu

Gürcü məhkəməsi “Akkord” şirkətini cərimələdi

09.12.2020, 18:58
Gürcü məhkəməsi “Akkord” şirkətini cərimələdi

Gürcüstanda “Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətı məhkəmə tərəfindən cərimələnib.

Tbilisi Şəhər Məhkəməsində hakim Zaal Maruaşvilinin sədrliyi ilə 16 noyabr 2020-ci ildə keçirilmiş proseslə bağlı bu gün qərar elan edilib. Qərara əsasən, “Akkord” şirkəti 540 000 lari məbləğində cərimə edilib. Gürcüstanın adından çıxarılan qərarda iddiaçı Nato Natsvlişvilinin “Pul öhdəliyinin yerinə yetirilməsi”, “Dəymiş ziyanın ödənilməsi” ilə bağlı şikayət tələbləri yerinə yetirilib.

Qətnaməyə əsasən, Gürcüstanın Mülki Prosessual Məcəlləsinin 8-ci, 41-ci, 53-cü, 243-244-cü maddələrini, 256-cı maddənin 2-ci hissəsini, 257-ci maddəni, 2591 maddəsinin birinci hissəsini, 369-cu maddəsini rəhbər tutaraq, cavabdeh “Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti, iddiaçı, Nato Natsvlişvilinin xeyrinə 540 000 lari məbləğdə illik 10% və məhkəmə rüsumu olaraq 3050 lari ödəməlidir. (gununsesi.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol