Menu

Merkel Putinlə görüşdən imtina etdi

13.10.2014, 01:04
Merkel Putinlə görüşdən imtina etdi

Almaniya kansleri Angela Merkel Ukraynadakı situasiya ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə görüşməkdən imtina edib. musavat.com-un məlumatına görə, bu barədə alman mətbuatı yazıb.

Bildirilir ki, rəsmi Berlin Ukraynadakı böhranın kəskinləşməsi fonunda hökumətlərarası məsləhətlərin keçirilməsini məqsədəuyğun saymayıb. KİV-in yazdığına görə, Almaniya ilə Rusiya arasında danışıqlar bir qayda olaraq bu ayın sonuna planlaşdırılan “Peterburq dialoqu” forumu çərçivəsində keçirilirdi.

Almaniyan bir sıra QHT-ləri bu forumda iştirakdan artıq imtina edib. O cümlədən Henrix Bell adına Fond, “Alman-rus mübadiləsi”, “Avropa mübadiləsi”, həmçinin də Amnesty İnternational və Greenpeace-in nümayəndələri Almaniya hökumətinə müraciət edərək, onu “Peterburq dialoqu”nu boykot eləməyə çağırıb.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol