Menu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq

10.12.2020, 17:44
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xəbərdarlıq

“Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan videogörüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır”.

Bu barədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

“Xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər”, - deyə qurum bəyan edib.

Şərhlər

Vətəndaş 2020-12-10 22:50:28

NRYTN ancaq xəbərdarlıq etməyi bacarır. Görəsən peşəkar rabitəçilərin başına açdıqlatı oyunlara görə NRYTN-nin özünə nə vaxt xəbərdarlıq olunacaq.?

Arif Əliyev rabitəçi 2020-12-10 21:28:15

Mehtiyə,qardaş siz bizə əmməli başlı xəcalət verirsən,dediyiniz işdir,biz isə özümüzü KİV-lərində ən ücüz reklamla gündəmdə qalmaq istəyirik,bəzi oxuyanlar kimi,yoxsa əllərimizi çırmağlayıb gedib,Qarabağda rabitə xətlərini çəkmək bu günki gündə qorxuludur,bizimki reklamdır misal üçün Qarabağ adına Zəfər adına marka buraxarıq daha bundan artıq nə istəyirsən?

Mehdi 2020-12-10 18:41:54

Bu xalq sizlerden yaxsi bilir ne edib etmemeyi.Sizler ermeniler terefinden daqilmis rayonlarda size aid telefon interneti duzeldin.indiye kimi Terter rayonunu ehalusinin ev telefonlari internetleri islemir.mektebliler bilmirler nece ders kecsinler .islerini gormek evezine xeberdarliq edirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol