Bu gün Londonun “İCE Futures” birjasında keçirilən hərracı zamanı Bakı vaxtı ilə saat 18:40-da “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 2,66 faiz bahalaşaraq 50,16 ABŞ dollarından satılıb.
“Report” xəbər verir ki, bu da cari ilin martın 6-dan sonra həmin markalı neftin ilk dəfə olaraq 50 ABŞ dollarlıq psixoloji həddi keçməsi deməkdir.
Həmçinin WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti də 2,75 faiz bahalaşaraq 46,77 ABŞ dollarından satılıb.


Şərhlər