Menu

Bakıda Zəfər sevinci - FOTOREPORTAJ

10.12.2020, 19:54
Bakıda  Zəfər sevinci - FOTOREPORTAJ

Azərbaycan xalqı qələbə sevincini qeyd etmək üçün Azadlıq meydanına axışıb.  Vətən Müharibəsi şərəfinə keçirilən Zəfər paradını izləmək üçün Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ Müharibəsində iştirak edən könüllüləri, qaziləri, eləcə də, şəhid ailələri Azadlıq meydanına gəliblər.

İnsanlar bir əlində üçrəngli şanlı Azərbaycan bayrağı, bir əlində isə qardaş ölkə Türkiyənin bayrağını dalğalandıraraq, Azadlıq meydanında ordumuzun Zəfər keçidini izləyiblər.

Uşaqdan-böyüyə hər kəs bu tarixi qələbə üçün Ali Baş Komandana, Azərbaycan ordusuna təşəkkür şüarları səsləndiriblər.

Bizimlə

Şərhlər

Xalq 2020-12-10 22:17:40

Sağ ol bu reportaja görə, təşəkkürlər !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol