Menu

ABŞ Qəzzanın bərpasına pul ayırır

13.10.2014, 08:38
ABŞ Qəzzanın bərpasına pul ayırır

ABŞ-ın dövlət katibi John Kerry İsrailin hava zərbələri nəticəsində dağılan Qəzzanın bərpası üçün 212 milyon dollar yardım ayıracaqlarını bildirib.

O bunu oktyabrın 12-də Qahirdə keçirilən donorların görüşündə bəyan edib.

Fələstin hakimiyyəti yenidənqurma üçün 4 milyard dollara ehtiyacı olduğunu bildirir, dünya ölkələrindən kömək istəyir.

Lakin donorlar son 6 ildə 3 dəfə dağıntılara məruz qalan Qəzzaya bu qədər məbləğ ayırmağa ehtiyat edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol