Təxribatçılar fəalları hökumətə qarşı çıxışlar etməyə və zorakılıqlar törətməyə təhrik ediblər
Türkiyə polisi Diyarbəkir vilayətində kürd vətəndaşları hökumətə qarşı çıxışlar etməyə və zorakılıqlar törətməyə təhrik edən 5 nəfəri həbs edib.
ANS PRESS-in məlumatına görə, sözügedən şəxslərin alman milləti olduğu bildirilir.
Təxribatçı qruplaşma üzvləri Ankarada jurnalist kimi qeydiyyatdan keçiblər.
Polis təhlükəsizlik kameraları vasitəsilə Diyarbəkirdə keçirilən sonuncu aksiyalardan birini müşahidə edən zamanı almanların bu istiqmətdə fəaliyyətinə şahid olub.
Təxribatçılar fəalları yolu bağlamağa, yolun ortasında tonqal qalamağa təhrik edib, istədikləri görüntüləri əldə etdikdən sonra bölgədən uzaqlaşıblar.
Saxlanılan şəxslər ifadələri alındıqdan sonra məhkəməyə cəlb olunublar. Polis sözügedən şəxslərin Gəzi Parkı hadisələrində də təxribat fəaliyyəti göstərdiyini açıqlayıb. /IHA


Şərhlər