Menu

AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

12.12.2020, 10:26
AMEA-nın iki institutunun direktoru işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Şərhlər

t.ədalət 2020-12-12 12:46:44

Ramiz Mehdiyev pulu haradan,necə çıxarıb yeməyin fəndini çox gözəl bilir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol