ERMƏNİLƏRİN HADRUDDA TƏXRİBAT TÖRƏTDİYİ TƏSDİQLƏNDİ - Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralanıb

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

APA-nı “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbər görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub.

Atışmada üç erməni hərbçi yaralanıb.

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.

635x100

Şərhlər

Xalq 2020-12-12 15:11:48

Gərək Türkiyə Ordusunun da əsgərləri rus "sülhməramlılarının yanında olaydı. Elə olsaydı putin qələbəni bizdən oğurlaya bilməzdi. rus ordusun rədd olmalıdır Qarabağdan!

t.ədalət 2020-12-12 13:22:40

Hadrut təxribatı Putinin irəlicədən planlaşdırdığı xəyanətlərin başlanğıcıdır.Türkiyənin azad olunmuş ərazilərə daxil olmasına maneçilik törədən Rusiya,başda Putin gələcəkdə törədəcəyi təxribatların baş tuta bilməyəcəyindən narahatdır.Ancaq qələbəni bizə verən Türkiyə ərazilərdə putinçilərin terror hərəkətlərinə də əngəl olacaq.

AYXAN 2020-12-12 12:16:47

ermeni herbicileri olmayacaqdi qarabag erazisinde ne oldu bes?

Son yazılar