Menu

"Gələcək nəsil bilməlidir ki, qazanılan qələbə nəyin əsasında əldə olunub" - Kəmaləddin Heydərov

12.12.2020, 16:57
"Gələcək nəsil bilməlidir ki, qazanılan qələbə nəyin əsasında əldə olunub" - Kəmaləddin Heydərov

Ulu öndər Heydər Əliyevin bütün çıxışlarında böyük bir sözü var idi, müstəqilliyimizi qoruyun.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, başda Ali Baş Komandan olmaqla Silahlı Qüvvələrimizin əldə etdiyi qələbə onu göstərir ki, Heydər Əliyevin dediyi kimi müstəqilliyimiz əbədidir və dönməzdir:

“Biz həmişə ulu öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Onun yürütdüyü siyasətdir ki, bu gün böyük uğurlar davam etidirilir. Bundan sonra da gələcək Azərbaycan gəncləri və xalqı min illər sonra da yazılmış bu tarixi unutmamalıdırlar. Bilməlidirlər ki, qazanılan bu qələbə nəyin əsasında əldə olunub. Bu, uzunmüddətli strategiyanın, Azərbaycan iqtisadiyyatının, hərbi gücünün və müdrik siyasətin hesabına olmuşdur. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun”.

Şərhlər

Vətəndaş 2020-12-12 19:24:47

Kəmaləddinin oğulları hamıdan qabaq selfi şekdirərək orduya yazıldıqlarını bildirmişdilər.Bəs onlar cəbhəyə getdilərmi?Buna FHN-i nə deyə blər?

t.ədalət 2020-12-12 17:51:13

Qazanılan qələbənin bir əsası var ki,o da qardaş Türkiyənin dəstəyi və Sayın Ərdoğanın birbaşa məsələyə müdaxiləsidir.İkinci bir səbəb yoxdur.Bizimkilər Rusiyanın qorxusundan heç bir hərəkət edə bilmirdilər.Bu tilsimi sayın Ərdoğan sındırdı.

Fazil 2020-12-12 17:42:02

https://www.youtube.com/watch?v=pQOgoELSFb8

Fazil 2020-12-12 17:40:57

Sənin uşaqların deyəsən könüllü vuruşdular,vətən uğrunda

Müfəttiş 2020-12-12 17:10:46

Yaxşı ki cənab nazir yada saldi....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol