Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən istefa verməsi barədə söz-söhbətlər qeyri-ciddidir.
“Report” xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi bildirib. O, qeyd edib ki, qeyri-ciddi xəbəri təkzib etməyə ehtiyac yoxdur.
"İstefa haqqında xəbərlər o qədər qeyri-ciddidir ki, şərhə ehtiyac duyulmur", - baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.
Dünən bir sıra teleqram kanallarda Paşinyanın istefaya getməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, artıq bir aydan çoxdur Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Aksiyalar zamanı dəfələrlə polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Mitinqlər yüzlərlə müxalifətçinin saxlanılması ilə müşayiət olunub.


Şərhlər
Paşinyan sona kimi ermənistanı Rusiyanın işğalından çıxarmağa çalışacaq və buna nail olacaq.Dünya ölkələri ona dəstək verəcək.Unutmamalıyıq ki,ermənistanı Azərbaycanla münaqişəyə soxan Rusiyadır.Rusiya regionu tərk etdikdən sonra millətlərarası təxribatlara son qoyulacaq.Nə qədər Rusiya burdadır nə bizə,nə də ermənistana hüzur olmayacaq.Rusiya regionu,həm də terrorçuluğun təlim-məşq poliqonuna çevirib.Təsadüfi deyil ki,"sülhməramlılara" başçılıq edən Rüstəm Muradov xarici ölkələrdə bu sahədə ixtisaslaşmış rus hərbiçisidir.