“Rəqib cənubda 9-11 kilometr yardıqdan sonra ümumi cəbhə xəttini 270 kilometrdən 470 kilometrə çevirdi. Mən cənubda komanda məntəqəsi yaratmağı və Mosinin (Movses Hakobyan) bu istiqamətdə getməsini təklif etdim. Sonra o dedi ki, şəxsi problemlərdən çıxış edərək bunu etməyib”.
Ordu.az xəbər verir ki, bunu “Meronk” platformasına verdiyi müsahibəsində qondarma qurumun “təhlükəsizlik şurasının” keçmiş katibi Samvel Babayan bildirib.
“İndi mən sual verirəm, ordunun 8 illik komandiri, 4 illik qərargah rəisi ondan asılı olan vəzifəni icra etməkdən imtina edirsə, kiçik zabitdən, alay komandirindən nə tələb edirsiniz? Onlar da imtina ediblər, bu imtina etməkdən sonra bu vəziyyət yaranıb. Və bu adama heç bir cəza yoxdur, “istəməmişəm, vəssalam”. General rütbəli adam deyir ki, “İskəndər”lə buranı vurdular, oranı vurdular və ya biri qərargaha gəldi, mən bunu dedim və s.”, - deyə Babayan qeyd edib.
S.Babayan daha sonra Şuşa döyüşləri haqda danışıb. Qeyd edib ki, Azərbaycan Ordusu Şuşa yaxınlığında baza yaratmışdı və Şuşaya doğru irəliləyirdi.
“Üç tabor var idi, üçü Ermənistandan, biri Qarabağdan. Aracadzor taboru Çanaqçıdan daxil olmalı və yüksəkliyi götürməli, rəqibi yoldan kəsməli, iki tərəfdən mühasirəyə almalı və rəqibi Şuşadan geri çəkilməyə məcbur etməli idi. Şuşakənd kəndində komandirlərə əməliyyat izah edilir ki, Şuşa problemi həll olunacaq. Noyabrın 5-i gecə saat 2-də mənə deyirlər ki, Aracadzor taboru imtina edir, sonra Ermənistanın iki taboru bunu icra etməkdən imtina edir. Sonra məlum olur ki, biz görüş keçirdiyimiz zaman Ağdərə rayonunun rəhbəri bu oğlanlarla görüşə gedir: qoy istintaq müəyyənləşdirsin ki, nə danışıblar, niyə bənzər vəziyyət yaranıb. Deyə bilərəm ki, o, Vəngli kəndinin dəstəsi ilə görüşüb, onlar deyiblər ki, öz kəndlərinin müdafəsini gözləmək istəyirlər, Şuşa üçün döyüşmək istəmirlər. Rayonun rəhbəri kim idi ki, belə bir danışıqlara getsin, hələ bir desin ki, siz burada qalın, mən gedəcəm, danışacam, siz getməyəcəksiniz. İndi deyirlər ki, Paşinyan dayandıraydı... Sadəcə deyirdilər ki, bunun qarşılığında Şuşanı verməlisiniz. Razısınız, yoxsa yox? Əgər cavab yoxdursa, döyüşürük. Bu gün başqa formada təqdim edirlər. Anladığım qədər, Şuşanı götürdükdən sonra dayanmalı idi”, - deyə Babayan qeyd edib.


Şərhlər