Dekabrın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, üçtərəfli saziş imzalanan vaxt Azərbaycan qüvvələrinin nəzarəti altında olmuş Qubadlı və Zəngilan rayonlarında gərginlik yarana bilər. Bu barədə Rusiya KİV-ləri yazıblar.
O da bildirilir ki, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi məsələsini dünən Moskvada Ermənistanın müdafiə naziri Vaqarşaq Arutyunyan müzakirə edib.
«Qərar qəbul edəcəyimiz növbəti problem Qubadlı və Zəngilan rayonlarındakı vəziyyətlə bağlıdır. Əlbəttə, Qarabağ üzrə birgə bəyanatda bu rayonlar barədə xatırlatma yoxdur, belə ki, bəyanat imzalanan anda onların böyük hissəsi, təəssüf ki, Azərbaycan qüvvələrinin nəzarəti altında olub… Danışıqların gedişində anlaşmaya nail olunub ki, sərhədin bu hissələri dəqiqləşdirilməlidir. Bu hissə üzrə bizim yol keçir və bu yol bizim üçün strateji əhəmiyyətə malikdir. Sərhədin və koordinatların dəqiqləşdirilməsi ilə bağlı müəyyən suallar var. Dünən gecəyarısı Moskvada müdafiə nazirinin iştirakı ilə müzakirələr keçirilib. Bir neçə təklif və məsələnin həll variantı var. Biz, yaxın vaxtlarda bu variantlardan birini qəbul eməliyik» - Nikolçik «buyurub».
Məkrin dərəcəsinə diqqət etdinizmi? Sən demə, Azərbaycan sərhədi yaxınlığından ermənilərin bir yolu keçirmiş və yol onlar üçün strateji əhəmiyyətlidir. Ona görə də Nikol Azərbaycanla yeni sərhəd xətti cızmağa (əlbəttə ki, ermənilərin xeyrinə!) çalışır. Ay, sən öləsən!!!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
aye bu diqalardan adam olmuyuf,olmayacaq
....yeyir nikol atasının agzıyla
Mirzə müəllimin yazdığı informasiyaya görə hansısa erməni üçün guya strateji olan yol veriləcək. Xahiş edirik ki, bu araşdırılsın. Oğullamızın qanı bahasına alınmış torpaqlar erməniyə verilə bilməz
Rusiya yenə öz çirkin oyununu oynayır və oynayacaq. Rus ordusu ermənini qorumağa gəlibdir.
Bu məxluqıarın sonuncusuna kimi bizə rahatlıq yoxdur.
Siz eel olesen deye durun.bunlari istaho gunden gune cpxalor. Ele isdedikleri kimide olacaq hersey. Biz yataq fil qulaginda.