On illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması barədə ən müxtəlif iddialar var
Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.
On illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır.
“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”- o, yerli mətbuata açıqlamasında bildirib. Belə ehtimallar var ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda Ukraynada olması haqda iddialar var.

1993-cü ildən Müdafiə Nazirliyinin baş qərargah rəisi olan Nəcməddin Sadıkov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzfəsini icra edirdi. Oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyinin döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi.
Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıkovun barəsində də məlumat yoxdur.
İki gün əvvəl isə Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərovun da vəzifəsindən azad olunduğu barədə məlumat yayıldı. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun bacısı oğlunun tutuduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özü açıqlama verməyə tələsmir. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi dolaşan xəbərlər sırasındadır.
Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda da xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbənddə adına küçənin olması onun baş qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.

Sadıkovun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlana bilərdi?...
Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi.
Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.

Bu yaxınlarda sabiq deputat Cümşüd Nuriyev Laf.Tv-yə açıqlamasında bu məsələni növbəti dəfə qaldıraraq Nəcməddin Sadıkovu satqın adlandırmışdı. Sadıkovun Rusiyadan gəlməsi və qısa müddətdə Azərbaycan Ordusu rəhbərliyində vəzifə alması təsadüfi olub? Onun rəhbərliyi altında o dövrdə olan uğurlar Sadıkovun yüksək vəzifəyə təyinatına görə baş tutmayıb ki?...
Yəni onun personasına diqqət çəkmək üçün, vəzifə yüksəlişi üçün səmimi münasibət sərgilədiyi Mikael Arutyunyanla danışılmış uğur olmayıb ki? Onun məhz 2-ci Qarabağ savaşının qızğın getdiyi günlərdə vəzifədən çıxarılması nədən xəbər verir?
Bu və bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb. Nəcməddin Sadıkov isə 2 aydan artıqdır ki, ortalıqda yoxdur. Hələlik Müdafiə Nazirliyindən 2 generalla bağlı iddialara dair heç bir rəsmi açıqlama verilmir. (Musavat.com)

Şərhlər
bunların iksidə rusun agentləridilər ..nəcməddində rövşəndə bu xalqın ordunu geri salanlardılar iksinədə ar olsun .... satqınlara cəmiyyət arasında yer yoxdur
Qüdrət İmanova:Mən Ədalət Teymurovam.Səfər Əbiyev məni yasxşı tanıyır.Səfər anti-türk və anti-azərbaycan birisi idi.O ,Rusiyanın elə bir casusu idi ki,Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti Baltsını kabinetində gizlədirdi.Rusiyanın tapşırığı ilə ....Azərbaycan ordusunu taladı.......O.bir rus casusu idi.....
t. Ədalət adında birisi var. Dərdi-azarı Səfər Əbiyevdir. Adını gizlədir. Kişi adını niyə gizlətsin ki??? Görünür bu cəhətdən çatışmayan bir problemi var. Cənab t. vaxtı ötürmədən həkimə baxdırın.
xalqin gozu terezidir necmeddini hemise ... deyibler ve deyecekler.o yashayacaq amma peleng kimi deyil ...
Yaxsi bu necmeddini basa dusduk bu azerbaycanli deyil.bes rovsen ekberova ne olub o ki temiz bakilidi.o niye... esas rovseni mehv elemek lazimdi milli qehreman titulunu da derhal geri almaq lazimdi derhal
Rövşənə erməni ilə vuruşmağına görə milli qəhrəman adı verilib?
Bunlar general polad hesimov ve yuzlerler esger ve zabitimizin sehid olmasinin sebebkarlaridir.bunlari ele bele isden azad elemek olmaz....veten xainlerinin butun var dovletini ellerinden alib omurluk zindanda curutmek lazimdi
AYE,MALADES.ONA BIR DANEDE,,REWADET ,,ORDENI VERIN
Vətən Xainlərini xalqın qarşısında asmaq lazımdır
İndi vəzifədə olmasa da uzun müddət nazir vəzifəsində çalışan Səfər Əbiyev daha dəhşətli casus idi......Mövqelər satıldığına görə əks tərəfdə dayanan rus ordusu ordumuzu atəşə tutur,boş yerə böyük itkilərə məruz qalırdıq.Ordunun milli tərkibini Rusiyanın xeyrinə dəyişən S.Əbiyev də istintaqa cəlb edilməlidir...
Çox BÖYÜK çətinliklərə baxmayaraq AZƏRBAYCAN addım-addım irəliləmdə davam edir, edəcək