Menu

7 rayon qazsız qalacaq

13.10.2014, 10:28
7 rayon qazsız qalacaq

Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 11:00-dan 12:00-dək Hacıqabul, saat 11:00-dan 13:00-dək Binəqədi və Nərimanov, saat 14:00-dan 16:00-dək Masallı, saat 15:00-dan 16:00-dək Yevlax, saat 16:00-dan 18:00-dək isə Sabunçu və Samux rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol