Menu

Elbrusun vəfatı hamımızı sarsıtdı - Uşaqlığımızın nümunəsi idi...

16.12.2020, 09:56
Elbrusun vəfatı hamımızı sarsıtdı - Uşaqlığımızın nümunəsi idi...

Azərbaycan futbolsevərlərinə böyük itki üz verib. «Neftçi» komandasının məşhur hücumçusu, «Qarabağ»ın sabiq Baş məşqçisi Elbrus Osman oğlu Abbasovun ölüm xəbərini «AzPolitika»dan oxudum - sarsıldım!

Elbrus əslən Ağdam rayonunun Pirzadlı kəndindən idi - Osman əminin böyük oğlu idi. Ağdam şəhərində yaşasa da yay aylarında Pirzadlıya ata evinə gələrdi, kənd uşaqları ilə birlikdə top dığırlayardı. Gözəl texnikası, sürətli oyunu, güclü zərbələri ilə seçilərdi…

Sonra «Neftçi»yə getdi, SSRİ çempionatında oynadı - «bombardir» oldu. Bütün oyunlarını izləyər, onunla fəxr edərdik. Neynəyəsən, bu dünya fanidir - Elbrus da vaxtsız getdi, atasına qovuşdu, Allah rəhmət eləsin!!!

Onun ölümü münasibəti ilə qardaşları Abbasa, İbrahimə, Şamilə, Valehə və kiçiyinə (adını unutmuşam), «Qarabağ» komandasının bütün heyətinə dərin hüznlə başsağlığı verirəm! Vətən sağ olsun!!!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol