“ŞİRAK VİLAYƏTİNDƏN 150 NƏFƏR ƏSİR DÜŞÜB” - Yeni erməni əsirlərinin yaxınları yolu bağlayıbılar

Ermənistanda ötən gün Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyü bildirilən yüzlərlə erməni hərbçisinin yaxınları etiraz aksiyası keçiriblər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Şirak vilayətinin sakinlərinin İrəvana və Gürcüstan sərhədinə gedən əsas yolları bağladığına dair məumat və videolar yayılıb.

“Sputnik Armenia”nın yaydığı məlumatda isə deyilir ki, Şirak vilayətinin sakinləri əsir düşənlərin əksəriyyətinin bu vilayətin Xorom, Lancik və Azatan kəndlərindən gedən könüllülər olduğunu bildiriblər: “Bizim vilayətdən 150 nəfər Xtsaberd istiqamətində (Çaylaqqala-red.) əsir düşüb. Onlar dörd gün mühasirədə qalıblar. Onları unudublar və indi isə onlar əsir götürülüblər.”

“Sputnik Armenia”nın digər bir məlumatında isə deyilir ki, onlarla erməni hərbçisi Şuşanın Qaladərəsi kəndi istiqamətində əsir düşüb: “Bir qrup erməni silahlısı bir neçə gündür ordunun əsas hissəsindən ayrı düşüb. Onların bir hissəsi artıq əsir götürülüb.”

Sayt həmin silahlıların “Şuşanın Xin Şen kəndində” mühasirəyə düşdüyünü və əsir götürüldüklərini yazır. Ermənistanın Şirak rayonunun sakini Ruzanna Tamasyan isə sayta açıqlamasında deyib ki, yayılan videogörüntülərdəki dəstədə 1992-ci il təvəllüdlü kürəkənini və onun 3 dostunu tanıyıb.

Etirazçılar ordu və hökumət rəhbərliyini ittiham edərək, onlardan əsir düşmüş yaxınlarının qaytarılmasını tələb ediblər.

Bu fakt Ermənistan rəhbərliyinin öhdəliyini yerinə yetirmədiyini, ordusunu Azərbaycan ərazilərindən geri çəkmədiyini göstərir. Ancaq unudur ki, Azərbaycan torpaqlarındakı hər erməni silahlısını ya ölmək, ya da əsir düşmək gözləyir. 

Cəlal

“AzPolitika.info”  

635x100

Şərhlər

OQTAY 2020-12-16 21:31:07

Hesen bey,onlar her bos sey yaza biler,inanmayin,Boyuk Imanli Cilqin Turk Ordusu bizimledir!!! Isterse AB-yi,ister ABS,istersede rus ve ya nikaraquva olsun

Xalq 2020-12-16 16:08:42

bu erməniləri hələ verməyin, onları daxilən qırın, deyin ki, erməni qoşununu çəkməsə, biz deyənlə razı olmasa əsirləri buraxmayacayıq!

Veteran 2020-12-16 15:43:51

Bizim hərbi hissələrimiz antiterror əməliyyatl aparırsa,bəs ruslar nə ilə məşğuldurlar?Görünür erməni qızlarıilə gecə ğündüz əyyaşlıdan misiyalarının ndən ibarət olduğunu unudublar. Əgər belədirsə onları erməni dığaları ilə birlikdə rədd etmək lazımdırAzərbaycandan.

həsən 2020-12-16 14:47:38

vallah mən neüs.am saytında alçaq tarasovun bir açıqlamasını oxudum, onun cavabı dövlət səviyyəsində verilməlidir, buyurun oxuyun, u«Решение Араика Арутюняна связано с тем, что начинается новая игра. Статус Карабаха начинает определяться по-новому. Он не будет определен завтра-послезавтра, как думает Пашинян. В Карабахе на пять лет закрепились российские миротворцы с возможностью дальнейшего продления этого срока. То есть формат будет определяться не столько исходя из того, как складываются взаимоотношения в регионе, а из того, как будут складываться отношения на Ближнем Востоке. Не исключено, что столицей будущего возрождения Армении станет не Ереван, а Степанакерт. Именно в Карабахе, именно в Степанакерте были заложены основы армянской государственности, а не в Ереване», - подчеркнул Тарасов.n cavabı dövlət cəviyyəsində mütləq verilməlirir. buyurun oxuyun,

Son yazılar