Menu

"Bizi həmin əraziyə müharibə bitəndən xeyli sonra göndəriblər" - Erməni hərbçisinin etirafları

16.12.2020, 15:29
"Bizi həmin əraziyə müharibə bitəndən xeyli sonra göndəriblər" - Erməni hərbçisinin etirafları

Ermənistan mətbuatında Hadrutun iki kəndi ətrafında Azərbaycan Ordusunun mühasirəsinə düşən erməni hərbçilərinin açıqlamaları dərc edilib. 

“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia” mühasirədən çıxan 30 nəfərlik dəstənin üzvlərindən birinin öz qardaşına danışdıqlarını dərc edib.

Erməni hərbçisi deyib ki, onları həmin əraziyə müharibə bitəndən xeyli sonra göndəriblər: “20 gün əvvəl könüllülərdən ibarət qrupu Xin Taxer və Xtsaber (Köhnə Tağlar və Çaylaqqala-red.) kəndləri istiqamətində yerləşdiriblər. Srağagün Azərbaycan Silahlı Qüvvələri hücuma keçib və bizimkilər mühasirəyə düşüb. Döyüşlərdə bir neçə nəfər yaralanıb, bəzilərinin taleyi məlum deyil.”

Erməni əsgəri sağ qalmalarının əsas səbəbinin sadəcə, Azərbaycan hərbçilərinin onları öldürmək istəmədikləri olduğunu deyib: “Azərbaycan əsgərlərindən biri yaxınlaşaraq dedi ki, sizi öldürmək istəmirik. O, təklif etdi ki, ya döyüşü davam etdirək, ya da sizi aparıb rusiyalı sülhməramlılara təhvil verək.” Belə məlum olur ki, həmin ermənilər ikinci variantı seçiblər və canlarını qurtara biliblər.

Həmin dəstədən olan digər hərbçi isə deyib ki, sözügedən kəndlər istiqamətində yerləşən digər erməni hərbçilərinin çoxunun taleyi məlum deyil.

Qeyd edək ki, erməni hərbçisininəraziyə müharibə bitəndən xeyli sonra göndərilməsini etiraf etməsi Ermənistanın atəşkəs razılaşması üzrə öhdəliyini pozmasını və təxribat törətdiyini təsdiqləyir. 

Cəlal

“AzPolitika.info”  

Şərhlər

TARIX 2020-12-17 10:06:44

RUS LAR DİNC SAKİN ADI İLƏ LACIN DƏHLİZİNDƏN GƏTİRİB DOLDURURLAR BU TERORİSTLƏRİ.DƏHLİZDƏN GƏLƏNLƏRƏ, YÜKLƏRƏ NƏZARƏTİ AZƏRBAYCAN TƏRƏFİNDƏN APARILMALIDIR.

t.ədalət 2020-12-17 00:55:48

Burda ermənistan yox,bizim inandığımız rus quldurməramlıların əli var.Ruslar heç vaxt dinc durmayacaqlar.Onlar üçün nə Azərbaycanın,nə də ki ermənistanın mənafeyi var.Onlar Putinin regionu rus işğalında saxlamaq planlarını icra edir,dinclik yaranmasın deyə erməniləri aldadıb azad edilmiş kəndlərə soxurlar.

Rasim 2020-12-16 17:15:36

Ax urus ax urus.bunların hamısını çuxdaaan ütüləmişdik indi..Hətta 40-ında şaxtababa özü şəxaən iştirak edəcəkdi..qoymadun ax urus..

ejder 2020-12-16 16:35:47

AYE,BU DIQALAR DAN ADAM OLMAYIF,OLMAYACAQ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol