Menu

"Azərişıq": Şuşa ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək - VİDEO

16.12.2020, 16:02
"Azərişıq": Şuşa ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək - VİDEO

Şuşa şəhəri ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür.

"Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq qurumun əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardı. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq", - ASC-dən bildirilib.

Şərhlər

Xalq 2020-12-16 18:15:04

Azərbaycan bayrağının yanında Türk bayrağı var idi Şuşanın girişində bəs hanı o bayraq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol