ƏRDOĞANDAN SEVİNDİRİCİ XƏBƏR... - "Nəticəyə nail olduq" + VİDEO

“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox çox dəstək verəcəklər.

“Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb.

"AzPolitika.info" qeyd edir ki, Türkiyə Prezidenti ABŞ-ın sanksiya qərarına  da sərt reaksiya verib: “Bu sanksiyalar NATO üzvü olaraq ilk dəfə ölkəmizə tətbiq edilib. Bu necə ittifaqdır? Bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizin suveren hüquqlarına açıq bir hücumdur. Qərarın səbəbi nədir? Səbəb Türkiyənin Rusiyanın S-400 hava müdafiə sistemini almasıdır. Bəs Türkiyə niyə bu yola üz tutdu? ABŞ uzun zamandır əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə verməyib. Bundan başqa Türkiyə “F-35” təyyarəsinin minə yaxın hissəsini istehsal edir və ABŞ-a verir. Bu sistemləri əldə etmək istədiyimiz şərtlərə cavab verməyən ABŞ Senatdakı maneələrdən əlavə, ehtiyaclarımızı başqa bir yerdən qarşıladığımız üçün sanksiya tətbiq etdi. Qarşımızda duran tək yol isə Türkiyənin S-400 sistemini almasıdır.

Və bu sistemin heç bir texniki açıqlama verilməyən “F-35”-lər üçün, pulun böyük bir hissəsini verəcəyimiz halda, təhdid təşkil edən iddiaları sadəcə bəhanədən ibarətdir.

Əsas məqsəd ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək bizi yenidən onlardan tamamilə asılı vəziyyətə salmaqdır. Üstəlik, bunu öz hesabatlarında açıq şəkildə bildirirlər".

635x100

Şərhlər

Veteran 2020-12-17 23:23:55

İt hürər,karvan keçər.TÜRK XALQLARI BİRLİYİNƏ DOĞRU İRƏLİ!R

OQTAY 2020-12-16 21:40:14

Dusmeni Allah kor etsin!!!Yeni silah xeyirli,uqurlu olsun!!! Insaallah davami cox olacaq!!!TURKUN ESR-i baslanmisdir,var olsun!!!

t.ədalət 2020-12-16 19:59:00

Allah Türkiyəmizi zalımlardan qorusun!

Özgür 2020-12-16 19:10:19

yeni silah çox gözəldir. Bütün Türk Xalqını təbrik edirik xeyirli, uğurlu olsun!

Son yazılar