“Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzunmüddətli və möhkəm sülh olsun”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir. Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib. Buna nail olmaq üçün Bakı və İrəvanla daim təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi bir neçə gün qabaq Dağlıq Qarabağda Hadrut ərazisində atəşkəsin pozulmasını şərh edərkən vurğulayıb.
M. Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib: “Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var. Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.


Şərhlər
RAZIYAM BƏLİ ERMƏNİLƏRİ SİLAHLANDIRIB ARANI QATMAQ ÜCÜN HƏR ŞEYİ EDİR.
Rusiya erməni terrorçularını təzədən bərpa edib üstümüzə göndərmək üçün hər şeyi edir.....ı Rüstəm Muradova güvənib Azərbaycanlı əhalini Xankəndinə göndərmək olmaz.Onları ancaq Türkiyəli hərbiçilərin əli və müdafiəsi ilə Xankəndinə yerləşdirmək olar.