Dekabrın 16-da Rusiya KİV-nin yazdığına görə, tanınmamış «Dağlıq Qarabağ respublikası»nın müdafiə ordusunun onlarla hərbçisi Hadrut rayonunun Xtsaberd kəndi yaxınlığında Azərbaycan tərəfə əsir düşüb. Guya bu xəbəri «Dağlıq Qarabağın prezidenti» (gerçəkdə isə hərbi cani və qatı terrorçu!) Araik Arutyunyan verib.
«DQR-nın müdafiə nazirliyi hazırda baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırır. Mən şəxsən ardıcıl olacam ki, bu insidentdə günahı olanlar hüquqi məsuliyyət daşısınlar. Hərbçilərin vətənə tez və təhlükəsiz qayıtması məsələsi hamının səylərinin episentrində olmalıdır. Artıq bu istiqamətdə addımlar atılır» - Arutyunyan qeyd edib.
Buradan göründüyü kimi, Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə «sülhməramlı» adı altında yeridilmiş Rusiya hərbi kontingenti və bölgədən uzaqlarda «hürüşən» Rusiya KİV-ləri Qarabağ separatçıları və onların lideri, hərbi cani Arutyunyanla sıx əməkdaşlıq şəraitində «yumşaq anti-Azərbaycan» siyasəti yürüdürlər.
Məsələ burasındadır ki, 44 günlük Vətən müharibəsinin sonunda atəşkəsin əldə olunması barədə bəyanatın imzalanmasından sonra, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, artıq Qarabağda «Dağlıq Qarabağ respublikası» inzibati-ərazi vahidi yoxdur, Rusiya KİV-i tərəfindən «DQR prezidenti» kimi təqdim olunan baş quldur Araik Arutyunyan isə hərbi canidir. Əli azərbayanlıların qanına bulaşmış bu şəxs Azərbaycan tərəfindən artıq beynəlxalq axtarışa verilib. Nə yazıq ki, bütün bunlara rəğmən, Qarabağdakı Rusiya hərbi kontingentinin rəhbərliyi və Rusiya KİV-i hələ də «DQR» və «Araik» avantürasından əl çəkə bilmirlər.
Üstəlik də Rusiya prezidenti Vladimir Putin dəfələrlə xüsusi vurğulayıb ki, Yuxarı Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ayrılmaz hissəsidir və bölgədə «Dağlıq Qarabağ respublikası» adlı subyekt sadəcə, yoxdur, vəssalam. Belədə, məntiqi sual yaranır: Rusiya KİV-i və «sülhməramlı» kontingent rəhbərliyi hansı «DQR»-dən və «prezident»dən dəm vururlar?!
Xüsusi vurğulamaq yerinə düşərdi ki, beynəlxalq səhnədə özünü «terrorla mübarizə aparan ölkə» kimi təqdim etməyə çalışan Rusiyanın Qarabağdakı gerçək davranışı anti-terror fəaliyyəti ilə bir araya sığmır…
Rusiya «sülhəramlı» kontingentinin canlı dəstəyinə söykənən Arutyunyan daha sonra deyir: «Dağlıq Qarabağ müdafiə ordusunun hərçiləri və rusiyalı sülhməramlılar Azərbaycan ordusunun müxtəlif təxribatlarının qarşısını alıblar, dünən axşam isə onlar Xin Şen (Şuşa rayonu) kəndinin girişindən kənara tullanıb».
Qeyd eimək istərdik ki, atəşkəs barədə üçtərəfli sazişin şərtlərinə görə, erməni silahlıları dekabrın 1-ə qədər Azərbaycan ərazisini tərk etməli idilər. Bunun əvəzində isə «sülhməramlıların» görməzliyi fonunda bölgədə möhkəmlənən və hətta müharibədən sonrakı mərhələdə Azərbaycan ərazisinə yeridilmiş erməni terrorçular Azərbaycan ordusunun hərbçilərinə hücumlar edir, Azərbaycanın cavab tədbirlərini isə baş quldur Araik Arutyunyan həyasızcasına «təxribat» adlandırır.
Bütün bunlardan belə məntiqi nəticə çıxrmaq olar ki, gerçəkdən Rusiyanın «sülhməramlı torbası»nda pişik var!
Mirzə AĞ
AzPolitika.info

Şərhlər
Rusiya öz ampulasındadır.Ona inanmaq qətiyyən olmaz.
rusiyanın "sülhməramlılarını" Qarabağdan rədd eləməliyik və Türk Ordusuna baza ərazisi təqdim etməliyik. Xilasımız bu iki məsələnin həllindən keçir.
"Atəşkəs razılaşması" görünür natamam imzalanıb.Ona görə də terrorçuların xaç atası Putin indi həmin təxribatçı qurupu himayə edir,Azərbaycan üçün növbəti faciənin əsasını yaradır.Azərbaycan ərazisindən Xankəndinə daşınan yüklərin terrorçular üçün silah-sursat olmadığına kim qərar verə bilər?Öz əlimizlə düşmənə şans yaradırıq.Putin bizim əlimizlə Paşinyandan qisas aldı.İndi də növbəti bir təhlükənin astanasındayıq.Ancaq güvənəcəyimiz tək bir kömək yeri Türkiyədir.Biz,heç olmasa Rusiyaya kimliyini anlatmalıyıq.Hələ də bizim müd.nazirliyində Putinin adamları var.Nəyə görəsə ayıla bilmirik.
Nahaq ryskari buraxdiq ora ((( cox nahaq
Ermənilər də bu də hay haraydadı ki, ruslarla bizim, ruslarla türklərin arasını vursun, nifaq salsın, qarışıqlıq yaratsın....