Menu

Avropa Birliyi də yenə Minsk Qrupunu prosesə qoşmaq istəyir - Brüsseldə müzakirələr gedir

18.12.2020, 20:15
Avropa Birliyi də yenə Minsk Qrupunu prosesə qoşmaq istəyir - Brüsseldə müzakirələr gedir

Bu gün – dekabrın 18-də Brüsseldə Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. AB-nin xarici siyasət rəhbəri Cozep Borrel iclasdan öncə deyib ki, bu, ikitərəfli münasibətlərin əsas elementlərinin, eləcə də Azərbaycanın islahatlarının nəzərdən keçirilməsi üçün fürsət olacaq.

“Dünən Ermənistanla eyni iclas gerçəkləşdi, bu gün Azərbaycanladır. Təəssüf ki, iki ölkə arasındakı vəziyyətin çətinliyi hər hansı ümumi əlaqənin yaradılmasını mümkünsüz elədi”, – Borrel deyib.

AB rəsmisi blokun Azərbaycanın birinci ticarət tərəfdaşı vəən böyük xarici investoru olduğunu bildirib.

“Biz bu ölkədə islahatların həyata keçirilməsində, iqtisadiyyatını modernləşdirməkdə, idarəetmə institutlarını möhkəmləndirməkdəəsas tərəfdaşıq. Münasibətlərimizdəki hər şeyi müzakirə edəcəyik: koronavirusun təsirini vəəlbəttə ki, Dağlıq Qarabağ regionunda son irimiqyaslı əməliyyatları”, – Borrel vurğulayıb.

O, Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunmuş atəşkəsin davam etdiyini, ancaq bəzi hallarda pozulduğunu qeyd edib.

“Biz atəşkəsə tam sayqı göstərilməsini, ATƏT-in Minsk qrupu formatında danışıqlara başlanmasını xahiş edəcəyik. İnanıram ki, Avropa Birliyi regionda barışıq, bərpa və sülhün möhkəmləndirilməsində vacib rol oynaya, Minsk qrupunun işini tamamlaya bilər”, – AB rəsmisi eyib.

Borrel bir gün öncə Brüsseldə Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan ilə görüşdən sonra brifinqdə deyib ki, AB Minsk qrupunun səylərinəəlavə olaraq danışıqlar prosesinə kömək edə bilər.

Göründüyü kimi, Avropa Birliyi 28 il münaqişənin həlli istiqamətində heç bir addım atmayan Minsk qrupunu yenidən prosesə qoşaraq, ermənilərin maraqılarını təmin etməyə çalışır.

"AzPolitika.info"

Şərhlər

Mirzə Qafarlı 2020-12-19 09:16:12

Rədd olsun 28 il boş görüşlər keçirən Minsk qrupu. Onlar mənasız görüşlər keçirərək, vaxt qazandıraraq ermənilərə Azərbaycan Ordusuna qarşı güclü istehkamlar yaratmağa yardımçı oldular. Onların bu "Sülpərvər səyləri" nəticəsində bizim itkilərimiz çox oldu.

t.ədalət 2020-12-18 22:33:37

Azərbaycan Minsdk qurupunu qarşılamasa,onlarla görüşməsə çıxıb gedərlər.Həm də ATƏT-in gərəksiz bir qurum olduğu göstərilməlidir.Bu təşkilat,ümumiyyətlə gərəksiz bir şeydir.İlk vaxtlar adı da əndrabadi məna daşıyırdı.İndiki adı təşkilata Heydər Əliyev verdi.Ondan sonra bir az urvatlandı.

Xalq 2020-12-18 20:58:20

Avropa Birliyinə "dqr"-in müstəqilliyi lazımdır. Buna görə onlar alçalmağa da hazırdılar. Təki ermənini razı salsınlar şərəfsizlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol