Rusiyanın prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasının mümkünlüyünü istisna etməyib. Dekabrın 17-də V. Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirib ki, bu tərəflərin razılığı ilə mümkündür.
Üçtərəfli bəyanata əsasən Laçın dəhlizində və Dağlıq Qarabağda 2 minədək Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycanda müxalifət, müstəqil dairələr Rusiya silahlı kontingentinin Qarabağa yerləşdirilməsini ölkənin suverenliyinə təhdid hesab edirlər.
Belə olan halda, Rusiya sülhməramlı kontingentinin sayının artırılmasını istəyərsə Azərbaycanda buna reaksiyalar necə ola bilər?
“Sülhməramlıların artırılmasına ehtiyac yoxdur»
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə hesab edir ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur.
Deputatın “Turan”İnformasiya Agentliyinə bildirməsinə görə, Azərbaycan buna ehtiyac duymur: «Torpaqların böyük hissəsi işğaldan azad olunub, bu gün 10 noyabr sazişində nəzərdə tutulmuş məsələlər ardıcıl şəkildə yerinə yetirilir və sülhməramlıların artırılmasına ehtiyac yoxdur».

Amma parlament üzvü qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağ bölgəsində yerləşməsini Azərbaycan suverenliyinə təhdid kimi qəbul etmək doğru deyil: «Birincisi, Qarabağ ərazisində Rusiya silahlı qüvvələri deyil, Rusiya sülhməramlılarıdır. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdır. Dünyada digər ölkələrin praktikasından fərqli olaraq Azərbaycanda sülhməramlıların konkret müddəti ( 5 il ) göstərilib. Bu müddət ərzində sülhməramlılar onların üzərinə düşən vəzifəni yerinə yetirəcəklər».
Mirzəzadənin fikrincə, Rusiya sülhməramlıları artıq bir aydan çoxdur ki, Azərbaycan ərazisindədilər və bu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinə müsbət təsir göstərib: «Bu gün artıq Ermənistanın Azərbaycan torpaqlarına iddasına son qoyulur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin status məsələsi gündəlikdə yoxdur”.
Onun sözlərinə görə, bu ara bir neçə dəfə Ermənistanın təxribatının qarşısı məhz Rusiya sülhməramlıların qarışması nəticəsində alınıb: “Əgər Rusiya sülhməramlıları olmasaydı fikrimcə 10 noyabr sazişi təhlükə altında qalardı”
Mirzəzadə hesab edir ki, eyni zamanda bunu tarazlayan qüvvə var: “O da Türkiyə silahlı qüvvələrinin nümayəndələri və Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə birlikdə fəaliyyət göstərmələridir. Bu, qüvvələrin tarazlaşmasına və problemin dörd ölkə arasında – Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında həll edilməsinə şərait yaradır».
Deputat Türkiyə silahlı qüvvələri ilə də bağlı bunları deyib: «10 noyabr sazişi müzakirə olunanda variantlardan biri ondan ibarət idi ki, sülhməramlı postunda yanaşı Rusiya və Türkiyə nümayəndələri duracaq. Amma sonra belə qərara gəlindi ki, orada Rusiya nümayəndələri durur. Ayrı bir Monitorinq Mərkəzi yaradılır və orada Rusiya və Türkiyə hərbiçiləri olacaq. Türkiyə hərbçiləri postlarda durmayacaq. Onlar sazişin necə yerinə yetirildiyinə nəzarət edəcəklər».
"Azərbaycan hakimiyyəti buna razı olmamalıdır"
Politoloq Şahin Cəfərli “Azadlıq” Radiosuna bildirib ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur: «Çünki Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıların cavabdehlik daşıdığı ərazi elə də böyük deyil. Üstəlik da bu ərazilərin çoxunda ümumiyyətlə erməni əhalisi yaşamır. Erməni əhalisi bu müharibə dövründə Ermənistana qaçmışdı və hal hazırda sülhməramlı əməliyyatı başladığı gündən bu yana onların Ermənistandan Dağlıq Qarabağa geri qaytarılması aparılır. Hamıya aydındır ki, erməni əhalisi əsasən Xankəndində məskunlaşmışdı. Amma Putinin bu açıqlamanı verməsi onu göstərir ki, Rusiya bu variantını nəzərdən keçirir. Azərbaycan hakimiyyəti buna razı olmamalıdır».

Ş. Cəfərli qeyd edir ki, Azərbaycan ərazisinə başqa bir dövlətin ordusunun bu cür daxil olması ölkənin suveren hüquqlarına o qədər də uyğun məsələ deyil: «Hər halda Azərbaycan rəhbərliyi məcburiyyətdən buna razılıq verib. İnanmıram ki, Rusiya ordusunun bura daxil olması Azərbaycan prezidentinin ürəyincə olan bir hadisə olsun. Amma reallıqlar budur. Rusiya bu bölgənin aparıcı dövlətidir və konkret Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salsaq hamıya aydın həqiqətdir ki, bu konflikti yaradan da, uzun müddət həllinə imkan verməyən də Rusiya olub. Düşünürəm ki, konkret 10 noyabr bəyanatının özündə də Azərbaycan suverenliyinə uyğun olmayan məqamlar var».
Ekspert vurğulayıb ki, 10 noyabr imzalanmış sənədində sülhməramlı əməliyyatda yalnız Rusiyanın iştirakı əksini tapıb: «Türkiyənin iştirakı yalnız Mərkəzdə nəzərdə tutulub. Yəni atəşkəsə nəzarət edəcək mərkəz yaradılacaq və orada da Türkiyə və Rusiya zabitləri birgə işləyəcəklər və atəşkəs pozularsa ona qarşı tədbirlər görəcəklər. Sənəddə Türkiyə hərbi qüvvələrin Dağlıq Qarabağ ərazisinə daxil olması nəzərdə tutulmur. Amma əlbəttə ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli razılıqlar çərçivəsində Türkiyə hərbi kontingenti həmin ərazilərdə yerləşdirilə bilər”.
Politoloqun fikrincə, siyasi baxımından Rusiya bu məsələyə o qədər də xoş baxmır: “Amma hüquqi baxımından buna əngəl yoxdur. Bu çərçivədə də mina təmizləmə komandası artıq Azərbaycana gəlib. Amma Türkiyə ordusunun Rusiya sülhməramlı qüvvələrin cavabdehlik zonasına, məsələn Xankəndinə daxil olması mümkün deyil».

Şərhlər
Алексей Навальный позвонил своему убийце. Он признался https://www.youtube.com/watch?v=ibqiet6Bg38
Nə qədr sussaq,üstümüzə gələcəklər.Ona görə fəal olmaq,hadisələri qabaqlamaq,ayıq olmaq vacibdir.Türk sülhməramlılarının Qarabağda olmasını tezləşdirməli və ermənilərin məskunladırıldığı şəhər və kəndlərə oradan köçkün düşən azərbaycanlıların da qayıtmasını gecikmədən təmin etməliyik.Yoxsa Rus sülhməramlıları özlərinə aid olmayan işlərlə məşğul olub bizə ziyan yetirəcəklər.
Niyə bu qıdər rus bıs deyil?Hünəru
Aydın bəy öncə onlarıbn bir aydak fəaliyyətlərinə diqqət etsin.sonta rəy bildirsin.Qarabağ erməniləri azərbaycan vəys təbndaşlığını qəbul edib,kimliklərini aldıqdan sonra Qarabağa qayıda bilərdilər.Bu prosses Azərbaycan tərəfindən təmin edilməli idi.İkinci tərəfdən Stepanakert və digər rayonlara eyni zzamanda oradan qovulmuş Azərbaycan vətəndaşları da qaytarılmalıdırlar.Yalnız bu halda orada sülhməramlılara ehtiyac ola bilərdi.Bu belədirmi?nbtuuk
Cəhab AZPOLİTİKA.İNFO əməkdaşları şərhlərimizi ya vermirsiniz,ya da ixtisarla verirsiniz.Belə demokratiya olmaz.
Siz "cənab"deputatlar o boyda məclisi qoyub tək- tənha kimdən nə soruşacaqsınız. Yığılıb qəti qərar verməlisiniz.Özü də təcili.
rusiyapərəstlərin Azərbaycandakı inkubatoru-Yeni Azərbaycan Partiyasıdır, bu işə gizli himayəliyi həyata keçirən isə Əli Əhmədovdur.
VƏ SUİH Ayıra bilmır
Fikrimi politoloq Şahin Cəfərlinin amma Türkiyə ordusunun Rusiya sülhməramlı qüvvələrin cavabdehlik zonasına, məsələn Xankəndinə daxil olması mümkün deyil son fikrndən başlamaq istərdim. Maraqlıdır, necə olur Rusiya sülhməramlı qüvvələri Xankəndinə daxil olduqda Azərbaycanlılar, azərbaycan icması bunu qısqanclıqla qarşılamır, Türkiyə ordusu daxil olduqda isə ermənilər bunu qısqanclıqla qarşılayırlar. Bəlkə ermənilərin ayağı altında bir qurban kəsək, onları Rusiya sülhməramlıları İrəvandan Xankəndinə daşıyanda onları duz çörəklə qarşılayaq. Azərbaycan Prezidentinin son çıxışı başadüşüləndir. O, mahir siyasi lider kimi siyasi manevrlər etməlidir və bunu məharətlə edir. Lakin, biz vətəndaş olaraq fikrimizi sərbəst ifadə etməliyik və hörmətli Admin sünnət etmədən bizim fikirlərimizi soydaşlarımıza çatdırmaqda bizə yardımçı olmalıdır. Bu ümumi işimizin xeyrinə olar. Hörmətli millət vəkilimiz Aydın Mirzəzadə bildirir ki, Qarabağ ərazisində Rusiya silahlı qüvvələri deyil, Rusiya sülhməramlılarıdır. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdır. Aydın müəllim bilməmiş deyil ki, Rusiya sülhməramlıları dediyi kontingent mülki şəxslərdən ibarət deyil, bu Rusiya ordusunun hərbiçiləridir. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdırsa, İrəvandan erməniləri (bəs azərbaycanlılar nə vaxt daşınacaq?) Xankəndinə daşımaq, infrastruktur məsələlərini həll etmək, Fövqəladə hallar nazirliyinin işçilərini, səhiyyə işçilərini Xankəndinə daşımaq, Xankəndinə tikinti materialları daşımaq. Bağışlıayın, bu həddindən artıq yük oldu. Bəli, belə getsə gələcəkdə həqiqətən də onların sayını artıqmaq lazım gələcək. Dekabrın 17-də V. Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirdi ki, bu tərəflərin razılığı ilə mümkündür. Sabah Rusiya Azərbaycan qarşısında elə bir şərt qoya bilər ki, doğrudan da Azərbaycan rəhbərliyi məcbur olub razılığa gələr. Sülhməramlıların bir vəzifəsi də qaldı – Xankəndində yaşayacaq vətəndaşlarımıza Rusiya pasportu vermək və Xankəndini və ətraf rayonları öz təsir dairəsinə daxil etməsi. Aydın müəllim daha sonra bildirir ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur. Millətimizin hörmətli vəkili, hamısı Prezidentin ağzına baxırlar. Mübaliğəsiz qeyd etmək istəyirəm ki, Allah üzümüzə baxıb ki, ölkənin belə parlaq lideri var. Milli Məclisin nüfuzlu komitələrin birinin illərdir üzvü oplan Aydın müəllim məgər bilmirmi ki, bu sənəd Parlament baxışından keçməlidir, Milli Məclis buna hüquqi qiymət verməlidir. Millətimizin vəkilləri öz adi hüquqlarını bilmirlər 10 noyabrda imzalanan sənədi saziş adlandırır, digər vəkillərimiz bəyanat adlandırır. Hələ də məlum deyil bu sənədin adı nəmənədir? Nə qədər bu sənəd Milli Məclisin baxışının predmeti olmayıb, Putin hələ başımıza ipi salıb Xankəndində və ətraf rayonlarda fırlayacaq.
itin aginada, qarasinada lenet
Yaxshi bir shey deyil , hôkumet ciddi addimlar atmalidi .
BU AYDININ...AIDINDIR, BIZNESUNDEN MUQAYAT OL,AYE
ay yay yay sadəlöf yazıq millətim
nə tökərsən aşına o da çıxar qaşığına! Allah qoysa sənin özünün bizə yaratdığın problemlərlə məşğul olacaqsan vova!
Ruslarin Qarabağda sülhmeramli kimi qalmasini biz de istemerik ,amma Cenab Prezidentimiz razidirsa bizde ona destek olmaliyiq ,sössüzki Türk ordusu da bizimle olsa ,böyük qardaşimizi ALLAH bize çox görmesin ,türkün türkden başqa dostu yoxdu !
Buna qəti olaraq imkan vermək olmaitinqlırlə buna etirazını bildirməlidir.
Buna qəti olaraq imkan vermək olmaitinqlırlə buna etirazını bildirməlidir.
Bəli, 2-ci sort. Bu tarixən belə olub, bu gün də belədir. Putin erməninin dayısıdır, birmənalı...
Fikrimi politoloq Şahin Cəfərlinin amma Türkiyə ordusunun Rusiya sülhməramlı qüvvələrin cavabdehlik zonasına, məsələn Xankəndinə daxil olması mümkün deyil son fikrndən başlamaq istərdim. Maraqlıdır, necə olur Rusiya sülhməramlı qüvvələri Xankəndinə daxil olduqda Azərbaycanlılar, azərbaycan icması bunu qısqanclıqla qarşılamır, Türkiyə ordusu daxil olduqda isə ermənilər bunu qısqanclıqla qarşılayırlar. Bəlkə ermənilərin ayağı altında bir qurban kəsək, onları Rusiya sülhməramlıları İrəvandan Xankəndinə daşıyanda onları duz çörəklə qarşılayaq. Azərbaycan Prezidentinin son çıxışı başadüşüləndir. O, mahir siyasi lider kimi siyasi manevrlər etməlidir və bunu məharətlə edir. Lakin, biz vətəndaş olaraq fikrimizi sərbəst ifadə etməliyik və hörmətli Admin sünnət etmədən bizim fikirlərimizi soydaşlarımıza çatdırmaqda bizə yardımçı olmalıdır. Bu ümumi işimizin xeyrinə olar. Hörmətli millət vəkilimiz Aydın Mirzəzadə bildirir ki, Qarabağ ərazisində Rusiya silahlı qüvvələri deyil, Rusiya sülhməramlılarıdır. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdır. Aydın müəllim bilməmiş deyil ki, Rusiya sülhməramlıları dediyi kontingent mülki şəxslərdən ibarət deyil, bu Rusiya ordusunun hərbiçiləridir. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdırsa, İrəvandan erməniləri (bəs azərbaycanlılar nə vaxt daşınacaq?) Xankəndinə daşımaq, infrastruktur məsələlərini həll etmək, Fövqəladə hallar nazirliyinin işçilərini, səhiyyə işçilərini Xankəndinə daşımaq, Xankəndinə tikinti materialları daşımaq. Bağışlıayın, bu həddindən artıq yük oldu. Bəli, belə getsə gələcəkdə həqiqətən də onların sayını artıqmaq lazım gələcək. Dekabrın 17-də V. Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirdi ki, bu tərəflərin razılığı ilə mümkündür. Sabah Rusiya Azərbaycan qarşısında elə bir şərt qoya bilər ki, doğrudan da Azərbaycan rəhbərliyi məcbur olub razılığa gələr. Sülhməramlıların bir vəzifəsi də qaldı – Xankəndində yaşayacaq vətəndaşlarımıza Rusiya pasportu vermək və Xankəndini və ətraf rayonları öz təsir dairəsinə daxil etməsi. Aydın müəllim daha sonra bildirir ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur. Millətimizin hörmətli vəkili, hamısı Prezidentin ağzına baxırlar. Mübaliğəsiz qeyd etmək istəyirəm ki, Allah üzümüzə baxıb ki, ölkənin belə parlaq lideri var. Milli Məclisin nüfuzlu komitələrin birinin illərdir üzvü oplan Aydın müəllim məgər bilmirmi ki, bu sənəd Parlament baxışından keçməlidir, Milli Məclis buna hüquqi qiymət verməlidir. Millətimizin vəkilləri öz adi hüquqlarını bilmirlər 10 noyabrda imzalanan sənədi saziş adlandırır, digər vəkillərimiz bəyanat adlandırır. Hələ də məlum deyil bu sənədin adı nəmənədir? Nə qədər bu sənəd Milli Məclisin baxışının predmeti olmayıb, Putin hələ başımıza ipi salıb Xankəndində və ətraf rayonlarda fırlayacaq.
Paşinyanın erməni sakitləşdirmək üçün "kimin uduzduğu sonra bilinəcək,razılaşmanın sonunu gözləyək" deməsi də Putinin məkrli planından xəbər verirdi.Xankəndi tədricən Rusiyanın işğalına çevrilib,dənizlərdəki buxta kimi Laçından keçib ermənistana birləşəcək."Beşinci kolon" və mədəsinə görə hər şeyi qəbul edən deputatlar üçün ,ya Vətən yoxdur,ya da savadı çatışmır.
putunin omurune az qalib,insaallah geberer 1-2 aya!!!
Rusiyanın Qarabağda 40 mindən çox işğalçı qöşunu varTürkiyəni Xankəndinə buraxmamaq da,məhz regiondakı rus hərbiçilərinin çocluğudur.Üstə vəl erməni adı altında Xankəndinə gətirilən gizli hərbiçiləri.Rudiya Xankəndində böyük hərbi baza qurur.Biz ərazilərimizdən oraya daşınan yüklərə nəzarət etmısək gələcəkdə böyük bir işğalla üzləşəcəyik.
RUSLARIN TƏKBAŞINA LAÇIN DƏHLİZİNƏ NƏZARƏT ETMƏSİ AZƏRBAYCAN ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏDİR.HADRUT ƏTRAFINDA ƏSİR GÖTÜRÜLƏN ERMƏNİ ƏSGƏRLƏRİNİN 5 GÜN ƏVVƏL AZƏRBAYCAN ƏRAZİSİNƏ GƏLMƏLƏRİNİ BİLDİRMƏLƏRİ ONLARIN RUSLAR TƏRƏFİNDƏN GƏTİRİLDİYİNİ SÜBUT EDİR.AZƏRBAYCAN TƏRƏFİ TƏCİLİ OLARAQ LAÇIN DƏHLİZİNDƏ ÖZ NÜMAYƏNDƏSİNİ YERLƏŞDİRMƏLİDİR,ƏKS TƏQDİRDƏ RUSİYA SİLAH SURSATLA YANAŞI ERMƏNİ TERRORÇULARINI DA QARABAĞA DOLDURACAQ.RUSİYA DÜNYADA İNANILMASI MÜMKÜN OLMAYAN ÖLKƏ İMİCİNƏ MALİKDİR.BAŞIMIZA ELƏ BİR BƏL
görəsən ruslar niyə bizi Xankəndinə qoymurlar? Bizi 2-ci sort əhali hesab edir putin?
Aydın müəllimin fikri bizə marağlı deil