Menu

ABŞ-da yoluxma üzrə yeni rekord

19.12.2020, 20:35
ABŞ-da yoluxma üzrə yeni rekord

ABŞ-da son gündə 249 709 nəfər yeni növ koronavirusa yoluxub ki, bu da günlük yoluxma sayında rekorddur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində ABŞ-da 2 814 koronavirus xəstəsi ölüb.

Ümumilikdə pandemiyanın başlanğıcından bəri ABŞ-da 17,4 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 313 mindən çox insan COVID-19 -un qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol