Menu

ŞUŞADAN İLK BİRBAŞA TV BAĞLANTISI - VİDEO

19.12.2020, 21:00
ŞUŞADAN İLK BİRBAŞA TV BAĞLANTISI - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb. İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.

Jurnalist bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər dəyib. Eyni zamanda, bir çox tikililər dağıdılıb.

Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. AzTV-nin əməkdaşı diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.

Şərhlər

Xalq 2020-12-19 21:31:35

Şuşaya birinci növbədə yol çəkilməlidir, ikincisi Türk minatəmizləyənləri öz işlərini görməlidirlər. Üçüncü mərhələdə adamlar gələcəklər artıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol