Menu

Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb

21.12.2020, 13:20
Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb

Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə nəzərdə tutulan vəsait açıqlanıb.

“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində üstüstə 56 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.

Şərhlər

t.ədalət 2020-12-21 21:56:54

Məsələn,İTV-yə ayrılan vəsait gərəksiz yerə xərclənir.O pulların hesabına Azərbaycan ərazilərini meşəyə çevirmək olar.On ildir ki,mən Azərbaycanda belə bir telekanalın olduğundan xəbərsizəm.Topuq səviyyəsindən yuxarı qalxa bilməyən, informasiya baxımından geridə sürünən bir kanala nə ehtiyac?Əlbəttə,İTV tək deyil.Gərəksiz tele-kanallarımız çoxdur.Bağırtı aktyoru Murad Dadaşovun rəhbərliyi altında hansı səviyyədən danışmaq olar?

Səlim 2020-12-21 13:26:39

Yəqin maşınları dəyişəcəklər,təzə Lexus alacaqlar.Təcili yarddım maşını tapılmır,nazirlər,komitə sədrləri Lexusda gəzməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol