Menu

Dövlət müəssisələrinin borclanmasına 900 milyon manat zəmanət veriləcək

21.12.2020, 13:36
Dövlət müəssisələrinin borclanmasına 900 milyon manat zəmanət veriləcək

Dövlət müəssisələrinin (“Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Cənub Qaz Dəhlizi” QSC və s.) 2021-ci ildə ödənilməsi nəzərdə tutulan dövlət zəmanətli borclarının həcmi təqribən 900 milyon manat təşkil edir.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumatda həmçinin bildirilir ki, bu müəssisələr tərəfindən öhdəliklər yerinə yetirilmədiyi halda, dövlət zəmanəti üzrə ödəniş öhdəliyi yaranır və dövlət büdcəsinə əlavə yük yaradılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol